Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Mirziyoyev söyüş söyən icra hakimini yüngülvari danladı

Özbəkistan prezidenti Şövkət Mirziyoyev Əndican vilayətinin icra hakimi, yerli səhiyyə idarəsinin rəhbərini söyən Şuxrat Abdurəhmanovu yüngülvari danlayıb

Mirziyoyev iyulun 5-də keçirdiyi selektor müşavirəsi zamanı Abdurəhmanovun bir neçə gün əvvəl internetdə yayılmış səs yazısından danışıb, icra hakimini “təmkinli olmağa” çağırıb.

Xəbər verildiyi kimi, Əndicanın icra hakimi keçirdiyi müşavirə zamanı yerli səhiyyə idarəsinin rəhbərini “mraz”, “cırndır”, “impotent”, “heyvan” və s. bu kimi ifadələrlə söyüb, onu tikə-tikə edəcəyini deyib. Habelə səhiyyə nazirinin ünvanına ağır söyüşlər yağdırıb. Abdurəhmanovu qəzəbləndirən isə budur ki, Əndican səhiyyə idarəsinin rəhbərliyi yerli şpris zavodunun buraxdığı şprislərin keyfiyyətsiz olduğu barədə səhiyyə nazirinə şikayət edib. Nazir isə öz növbəsində məsələ ilə bağlı Baş prokurora məktub yazıb.

Həmin zavodun buraxdığı şprislərdən və tibbi əlcəklərdən istifadə barədə icra hakimi özü tapşırmıdı. Və səhiyyə idarəsinin rəhbərinin ondan gizli yuxarılara şikayət etməsinə görə bərk qəzəblənib.

“Mən sənə hörmət edirəm. Amma haqqında internetdə yayılanları eşidəndə mənim üçün ağrılı oldu. Təmkinli ol. Sədaqət başqa şeydir, fəaliyyət başqa”, - Mirziyoyev söyüşçül hakimə deyib.

Abdurəhmanov isə öz növbəsində dövlət başçısına deyib ki, səhvlərini başa düşüb, üzr istəyib və bir daha belə hərəkətə yol verməyəcək.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Ən çox oxunanalar