Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Başına 4 milyon dollar qoyulan PKK lideri “The Washington Post”a məqalə yazdı

Amerikanın nüfuzlu “The Washington Post” qəzeti dünənki sayında PKK-nın lideri Cemil Bayıkın məqaləsini dərc edib

Bu məsələ Türkiyədə etirazlara səbəb olub. Çünki Cemil Bayık ABŞ-ın və Türkiyənin ən çox axtardığı, ən təhlükəli terrorçular siyahısındadır. ABŞ Dövlət Departamenti onun tutulmasına imkan verən məlumat üçün 4 milyon dollar mükafat təyin edib. Türkiyə isə Bayıkın başına 5 milyon dollar pul qoyub.

Türkiyədən Anadolu Yayıncılar Dərnəyi qəzetin terrorçunun məqaləsinə yer verməsinə sərt eturaz bildirib. Təşkilatın bəyanatında deyilir ki, Türkiyədən 320 KİV “Washington Post” qəzetinin redaksiyasına etiraz məktubu göndərəcək. Çünki Bayıkın məqaləsinin dərc edilməsi terror təbliğatıdır və beynəlxalq hüququn pozulmasıdır.

Hərçənd cəmi bir neçə həftə əvvəl Türkiyənin TRT kanalı İstanbulda keçirilən təkrar bələdiyyə başqanı seçkiləri zamanı PKK-nın İmralıda həbsdə olan lideri Abdullah Öcalanın qardaşı Osman Öcalanla müsahibəni efirə vermişdi. Hansı ki, Osman Öcalanın Türkiyə tərəfindən qırmızı bülletenlə axtarışa verildiyi məlumdur.

Bir neçə il əvvəl isə Türkiyə KİV-lərinin bir qrup əməkdaşı İraqın şimalındakı Qəndil dağlarına gedərək PKK-nın düşərgəsində Cemil Bayıkla görüşüb müsahibə almışdılar. Həmin vaxt Türkiyədə hökumət “kürd açılımı” təşəbbüsü ilə çıxış edirdi...(virtualaz.org)

pia.az


Etiket: Cemil Bayık

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Ən çox oxunanalar