Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hidayət Heydərov: "Bayraqdar olmaq istəmədim"

İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasının açılış mərasimində bayrağımızı daşıyan idmançının təcrübəsiz cüdoçu Murad Fətiyevin olması birmənalı qarşılanmayıb

Murad gənclər arasında Avropa çempionatının gümüş və bürünc mükafatçısı olmaqdan başqa, böyüklər arasında Avropa Kubokunun qalibi olub.

Ancaq Avropa Kuboku cüdoda o qədər də yüksək səviyyəli turnir sayılmır. Nəticə isə göz qabağındadır. 81 kq çəki dərəcəsində yarışan Murad Fətiyev elə ilk görüşdə niderlandlı Yim Heymana uduzaraq mübarizəni dayandırıb.

Halbuki açılış mərasiminə qatılan idmançılarımızdan bayraqdar olmağa əsas namizəd Hidayət Heydərov idi. Böyüklərin Avropa çempionu, elə Minskdə keçirilmiş II Avropa Oyunlarında bürünc medal qazanmış Hidayət bayrağımızı daşımalı idi.

Bəs niyə belə qərar verilib?

Hidayət Heydərov Oxu.Az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib:

“Bayraqdar olmaq mənə deyilmişdi. Özüm olmaq istəmədim. Çünki mən ötən ay Minskdə də açılış mərasimində iştirak etmişdim. Yorğunluq olur. İki gün sonra döyüşüm var idi deyə heç açılış mərasimində yürüşdə də iştirak etmədim”.

Qeyd edək ki, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov dünən gümüş medala yiyələnməklə Azərbaycana Universiadada ilk medalı qazandırıb.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Ən çox oxunanalar