Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyeva UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində iştirak edib

İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində çıxış etdi.

Sonra UNESKO-nun Baş direktoru Odre Azule, qurumun İcraiyyə Heyətinin sədri Byong-Hyun Li və Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış etdilər.

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dünyanın 180-dən çox ölkəsindən 2500-dən artıq nümayəndə, o cümlədən nazirlər, müxtəlif təşkilatların baş direktorları, beynəlxalq qurumların Azərbaycandakı təmsilçiləri və səfirləri, Azərbaycan hökumətinin üzvləri qatılıblar.

Mühüm əhəmiyyətə malik bu tədbir dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən qədim abidələrə verilən dəyəri özündə əks etdirir.

Komitənin Bakı sessiyasında dünya mədəni irs siyahısına daxil etmək üçün təqdim olunmuş 42 təklifdən 36-sının təqdimatı nəzərdən keçiriləcək. Bunlardan 6-sı təbiət, 28-i mədəniyyət və 2-si qarışıq (həm təbiət, həm də mədəniyyətə aid) təkliflərdir.

Azərbaycan Respublikası 1992-ci ildə UNESKO-ya üzv qəbul edilib, 1996-cı ildə isə təşkilat ilə Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bakı şəhərinin tarixi mərkəzi olan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası 2000-ci ildə, Qobustan Milli Tarix- Bədii Qoruğu isə 2007-ci ildə Ümumdünya İrs Siyahısına salınıb. Bu il ölkəmiz Şəkinin Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasını təklif edib. (AzərTAc)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar