Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quldurluqda ittiham edilən dəstə üzvlərinə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Maya Qasımova, Orxan Hüseynov, İsrafil Kərimov, Elçin Osmanov və Seyidsara Heydərovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb

Hakim Fikrət Qəribovun sədrlik etdiyi kollegiyanın hökmü ilə Maya Qasımova 10 il 6 ay, Orxan Hüseynov 11 il, İsrafil Kərimov 11 il, Elçin Osmanov 11 il və Seyidsara Heydərova 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il yanvarın 25-də Yasamal rayonunda baş verib. Bakı şəhər sakini Muxtar Məmmədov internet vasitəsilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində həmin evə gəlib. Bundan, təxminən, 30 dəqiqə sonra mənzilə daxil olan üç maskalı şəxs Muxtarın əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürərək Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayıb gediblər. M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb ətrafdakıları köməyə çağırıb.

Polisə edilən müraciət əsasında dəstə üzvlərindən Orxan Hüseynov, daha sonra dəstənin digər üzvləri – M.Qasımova, İ.Kərimov, E.Osmanov və Şabran rayon sakini S.Heydərova saxlanılaraq istintaqa cəlb ediliblər.(Report)

pia.az


Etiket: Quldurluq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar