Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldovanın baş naziri baş prokurorun istefasını tələb edib

Baş nazir bu barədə “Facebook”da yazıb

Moldovanın baş naziri Maya Sandu hüquq-mühafizə orqanları əməkdaşlarının müxalifət nümayəndələrini izləməsi barədə jurnalist araşdırmasının nəşr olunmasından sonra ölkənin baş prokuroru Eduard Harunjenin istefasını tələb edib.”Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, “Facebook”da yazıb.

“Konstitusiya və qanunları pozduğuna görə Harunjenin istefa verməsini xahiş edirəm. Onun əvəzinə müsabiqə ilə müstəqil prokuror təsdiqlənəcək”, - Sandu bildirib.

Onun sözlərinə görə, bütün vətəndaşlar keçmiş rejimin qeyri-qanuni fəaliyyət göstərdiyini, şəxsi həyata müdaxilə etdiyini, təqiblər həyata keçirdiyini, telefon danışıqlarını və şəxsi söhbətləri dinlədiyini bilir və deyir: “Həqiqət isə təsəvvür etdiyimizdən də pisdir”.

Moldovada araşdırma və təhlükəsiz nəşriyyat ilə məşğul olan Reportyorlar Assosiasiysı siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlər də daxil olmaqla 50-dən çox insanın prokurorlar və polis məmurlarının xüsusi marağı altında olduğunu sübut edən dəlilləri dərc edib.

“Onların telefon danışıqları dinlənilib, hətta bəzilərinin özəl həyatı izlənilib. Onların evlərində mikrofonlar və videokameralar quraşdırılıb”, – yazıda qeyd olunur.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar