Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirin işdən qovduğu rəis müavini Hacı Mazanın qohumu çıxdı

Məlum olduğu kimi, Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsində gənc vəkil Orxan Kəngərlinin fiziki şiddətə məruz qalmasında adı hallandırılan polis əməkdaşları cəzalandırılıb

Daxili işlər naziri Ramil Usubovun əmri hadisədə adı hallanan Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəis müavini Yalçın Yaqubov Daxili İşlər Orqanlarından xaric edilib. Təhqiqatçı Elnur Rəşidov isə tutduğu vəzifədən azad edilib.

PİA.az bildirir ki, Bakupost.az işdən çıxarılan rəis müavini haqqında məlumatlar əldə edib. Yalçın Yaqubov Masallı rayonunun Yeddioymaq kəndindəndir. O, "Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalovun qardaşı ilə qudadır.

"Hacı Mazan"ın Binəqədi rayonunda, məhz 4-cü polis bölməsinin ərazisində törətdiyi hadisə ilə bağlı cinayət işinin istintaqı davam edir. Ötən ilin avqustunda "Hacı Mazan" Faiq Seyfullayev adlı şəxsin evinə hücum çəkərək, ona bədən xəsarətləri yetirmiş, həmin vaxt orda olan Xəzər telekanlının əməkdaşlarına da zor tətbiq etmişdi. Polis əməkdaşları Ramazan Zeynalovu polis bölməsinə aparılsa da, rəis müavini Yalçın Yaqubovun müdaxiləsi ilə həm iş adamı, həm də onunla birlikdə olan adamları sərbəst buraxılmışdı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Ukraynanın bu vilayətlərində hava həyəcanı verildi

Ən çox oxunanalar