Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiyanın Baş naziri İrana gedəcək- Rəsmi səfər

Şinzo Abenin Tehrana səfəri gözlənilir

İran ilə ABŞ arasında gərginliyin artdığı bir zamanda Yaponiyanın Baş naziri Şinzo Abenin Tehrana səfəri gözlənilir.

Yapon tərəfi Şinzo Abe ilə İran Prezidenti Həsən Ruhaninin və Ali rəhbər Ayətullah Əli Xameneinin görüşünə hazırlıq işlərini tamamlamaq üzrədir. Ş.Abenin İrana üçgünlük səfərinin iyunun 12-də başlanacağı gözlənilir.

Səfər barədə jurnalistlərə məlumat verən Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa bildirib ki, Ş.Abe üçün İran liderlərini gərginliyi zəiflətməyə çağırmaq cəhdi çox vacibdir. Eyni zamanda o, İranın nüvə sövdələşməsinin reallaşması üçün 2015-ci ildə əldə edilən razılaşmada konstruktiv rol oynamağa və regionda sabitliyi bərpa etməyə çalışır.

Y.Suqa deyib ki, Ş.Abe son 41 ildə Yaponiyanın İrana səfər edən ilk Baş naziri olacaq. Həmçinin cari ildə Yaponiya ilə İran arasında diplomatik əlaqələrin qurulmasının 90 ili tamam olur.

Baş katib əlavə edib ki, Ş.Abenin səfəri iki ölkə arasında uzun illərdir davam edən dostluq münasibətlərini daha da möhkəmləndirəcək(azərtac).

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar