Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Muradın qalıqları Azərbaycandan oğurlandı və... Dağıstanda dəfn edildi

Hacı Muradın güman edilən qalıqları vətənində - Xunzax rayonunda dəfn edilib

Şeyx Şamilin naibi Hacı Muradın güman edilən qalıqları Azərbaycandan çıxarılaraq, bu gün – iyunun 2-də onun vətənində - Xunzax rayonunda dəfn edilib. Virtualaz.org xəbər verir ki, bu barədə “Molodyoj Dagestana” qəzetinə mərasimin şahidi Əmir Əmirov məlumat verib.

Nəşrin müxbiri ilə söhbət zamanı Ə.Əmirov Xunzax kəndinin məscidində olub və naibin qalıqlarının dəfnindən öncə cənazə namazına hazırlaşırmış. Mərasimdən öncə yenidən dəfnolunmanın məqsədəuyğunluğu barədə müzakirələr aparılıb. Mərasim qeyri-formal xarakter daşıyıb.

“Müxtəlif ziddiyyətli fikirlər vardı, lakin iştirakçılar razılığa gəliblər və yenidən dəfnə hazırlaşırlar. Heç kim rəsmi çıxış etməyib və qalıqların Hacı Murada aid olması barədə sübutlar göstərməyib. Hər şey deyilən sözlərin həqiqətə uyğun olmasına inanaraq edilir”, - Əmirov deyib.

Xunxaz rayonunun administrasiyasında dəfn edilmiş qalıqların Hacı Murada aidiyyatı təsdiqlənməyib.

“Xunzax kəndinin qəbiristanlığında hansısa mərasim keçirilib, lakin dəfn edilmiş qalıqların naib Hacı Murada aid olmasını sübut edən heç nə yoxdur. Rayonun rəsmi şəxslərindən orada heç kim iştirak etməyib. Həmçinin dəfni həyata keçirən adamların kim olması məlum deyil”, - rayon administrasiyasının mətbuat katibi Kamil Hüseynov deyib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar