Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir Ramil Usubov istefada olan polis general-mayorunu təltif etdi - Foto

İstefada olan polis general-mayoru Rəsul Rəsulovun 80 yaşı tamam olub

PİA.AZ DİN-ə istinadən xəbər verir ki, bu münasibətlə mayın 11-də respublikanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov yubilyarı qəbul edərək onu təbrik edib.

R.Rəsulovun mənalı həyatının yarıdan çoxunu daxili işlər orqanlarında xidmətə həsr etdiyini xatırladan nazir, onun bu müddətdə məsul vəzifələrdə qüsursuz xidmət etdiyini, daxili işlər orqanları üçün dövlətinə, xalqına sadiq ali hüquq təhsilli, yüksək ixtisaslı gənc kadrların hazırlanmasında, Nazirliyin Polis Akademiyasına uzun müddət bacarıqla rəhbərlik edərək kursant və dinləyicilərə ciddi intizam, mənəvi mətinlik və fiziki dözümlülük aşıladığını, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki önəmli rolunu məmnunluqla qeyd edib.

Sonda nazir R.Usubov yubilyarı bir daha təbrik edərək anadan olmasının 80 illiyi ilə əlaqədar imzaladığı DİN-in “Fəxri Fərman”ını ona təqdim edib.

Səmimi qəbula, barəsində deyilən xoş sözlərə və mükafata görə minnətdarlığını bildirən R.Rəsulov öz bilik və təcrübəsinin gənc polis əməkdaşlarına çatdırılması, onların Vətənə və xalqa sədaqət ruhunda tərbiyə olunması üçün bundan sonra da öz səylərini əsirgəməyəcəyini bildirib.

pia.az


Etiket: Ramil Usubov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Ən çox oxunanalar