Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaqatalada Hollandiyanın azərbaycanlı Milli Qəhrəmanının ev muzeyi yaradılıb

Milli Qəhrəman Məmməd Məmmədovun ev muzeyi yaradılıb

Zaqatalanın Muğanlı kəndində Hollandiyanın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ev muzeyi yaradılıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, Məmməd Məmmədov İkinci Dünya müharibəsi illərində Niderland Krallığında Müqavimət Hərəkatında hollandlar ilə birlikdə alman faşistlərinə qarşı mübarizədə fəal iştirak edib və Krallığın faşizmdən azad olmasında mühüm rol oynayıb. Bu gün rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, Milli Qəhrəmanın qızı Nənəxanım Məmmədova (Nensi Doomen) və ailəsinin, Hollandiyanın Osterveyk şəhərinin meri Hans Yansenin iştirakı ilə ev muzeyinin açılış mərasimi keçirilib.
Qeyd edək ki, Məmməd Məmmədov 1923-cü ildə Zaqatala rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Müharibənin ilk günlərində könüllü olaraq cəbhəyə gedib. Ukrayna ətrafında gedən döyüşlərdə əsir düşüb, bir qrup soydaşımızla Hollandiyanın Osterveyk şəhərinə sürgün edilib. Sürgündən qaçan Məmməd Məmmədov yerli partizanlara qoşulub və “Medo” ləqəbi ilə bir çox uğurlu əməliyyatlarda iştirak edib.
Məmməd Məmmədov Hollandiyanın ən ali mükafatı olan “Cəngavər” tituluna layiq görülüb.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Ən çox oxunanalar