Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan Azərbaycana satış məqsədi ilə narkotik gətirən şəxslər tutulub

Növbəti uğurlu əməliyyat-axtarış tədbiri keçirilib

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Lerik rayonu ərazisində keçirilən əməliyyat zamanı Lənkəran sakini Əfqan Ağayev 1 kiloqram 210 qram narkotik vasitə olan tiryəki 7000 manata satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb. O, ifadəsində narkotik vasitələri tanışı İlham adlı şəxsdən 4000 manata aldığını bildirib.

Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan Lənkəran şəhər sakini İlham Əsgərov da tutularaq istintaq təqdim edilib. O, ifadəsində Ə.Ağayeva tiryək satdığını etiraf edərək, həmin narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından 1800 manata aldığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə Lənkəran şəhər sakini Müşfiq Şükürov da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Onun əlindəki bağlamaya baxış zamanı 405 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar