Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrda "Qırmızı papağ"ın premyerası olacaq

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Boris Qrafkindir

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında rus dramaturqu Yevgeni Şvartsın pyesi əsasında, musiqisi xalq artisti Emin Sabitoğluya məxsus olan "Qırmızı papaq" musiqili nağıl-tamaşanın premyerası olacaq.

Rusdilli balaca teatr həvəskarları üçün nəzərdə tutulan tamaşanın quruluşçu və bərpaçı rejissoru əməkdar artist Boris Qrafkindir.

Tamaşaların mayın 15-i saat 11:00-də və mayın 25-i, saat 12:00-da nümayiş olunacaq.

Rəngarəng səhnə dekorasiyaları, işıq effektləri ilə yanaşı, orkestrin canlı ifası ilə müşayiət olunan tamaşanı teatrın sevimli aktyorları – əməkdar artistlər - Boris Qrafkin, Svetlana Bulax, aktyorlar – Firus Məmmədov, Nadejda Povelitsina, Emil Heydərov, Rauf Babayev, Telnaz Hüseynova, Yuliya Heydərova, Mehriban Zaliyeva, Eleonora Mehdiyeva, Eleonora Mustafayeva, Valeriya İsgəndərzadə və Nərmin Əliyeva canlandıracaqlar.

Əsərin quruluşçu dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri əməkdar artistlər Zakir və Yelena Ağayevalar, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov rejissor assistenti Sevinc Məmmədovadır.

Qiyməti 6 manat olan biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən, eləcə də, “iticket.az” saytından əldə etmək olar.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - Video

Ən çox oxunanalar