Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının “ALMAZ” nişanı ilə təltif olunub

“Инженерная Газета”nın aprel nömrəsində akademik Arif Paşayevin geniş məqaləsi dərc olunub

Aprelin 26-da Moskva şəhərində Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) 2018-ci ildəki fəaliyyətinə dair ümumi yığıncaq keçirilib.

Xəbər verilir ki, Beynəlxalq Mühəndislik Akademiyasının Prezidenti akademik Boris Qusev 15 ölkədən BMA-nın üzvü olan 266 alimin iştirak etdiyi yığıncaqda hesabat məruzəsi ilə çıxış edib.

Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse-prezidenti, akademik Əhəd Canəhmədov Ümumi Yığıncağın iştirakçılarının yekdil qərarı ilə Mandat Komissiyasının sədri seçilib. Akademik Əhəd Canəhmədov AMA-nın 2018-ci ildəki fəaliyyəti barədə ətraflı məlumat verib.
Yığıncaq ərəfəsində Moskvada nəşr olunan “Инженерная Газета”nın aprel nömrəsində Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Arif Paşayevin “Vəzifələri kosmik yüksəkliyə qaldırarkən” (“Поднимая задачи до космических высот”) sərlövhəli geniş məqaləsi dərc olunub.

Qəzetin həmin nömrəsi yığıncaq iştirakçılarına paylanılıb. Müəllif məqalədə ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi çərçivəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi, həmçinin sənayenin və aqrar sahələrin dirçəldilməsi istiqamətində və digər transregional layihələrin icrası məsələlərindən ətraflı bəhs edib. Akademik Arif Paşayevin məqaləsi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Ümumi Yığıncaqda BMA-nın Prezidentlər Şurasının İdarə Heyətinin qərarı ilə akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının “ALMAZ” nişanı ilə təltif olunduğu elan edilib. Bildirilib ki, görkəmli alim bu mükafata elm və təhsildəki uğurlarına, mühəndislik elminin, Azərbaycan Mühəndislik Akademiyasının inkişafındakı, materialların dağılmadan nəzarət metodunun sənayedə tətbiqindəki, böyük beynəlxalq layihələrin işlənilməsi və həyata keçirilməsindəki xüsusi xidmətlərinə görə layiq görülüb.

Yığıncaqda, həmçinin Azərbaycandan BMA-ya 1 həqiqi və 2 müxbir üzv də seçilib.(ONA)

pia.az


Etiket: Arif Paşayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar