Bazar ertəsi, 10 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadçı – ekspert: “Kartof istehsalı monopolistlərin nəzarətindədir”

Son bir ayda kənd təsərrüfatı məhsullarının qiymətlərindəki artım gündəmin əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır

Xüsusilə də soğanın, kartofun, kələmin qiymətlərində bahalaşma özünü daha kəskin şəkildə göstərib. Hətta bəzi məhsulların qiymətində 2 dəfədən çox qiymət artımı özünü göstrməkdədir.

Milli Məclisin deputatı Vahid Əhmədov kənd məhsullarının qiymətinin artmasının mövsümlə əlaqədar olmasında obyektiv səbəblərin mümkünlüyünü vurğulayıb.

“Soğanın qiymətinə gəlincə, burda nəzarət olmayıb, çünki ölkədə kifayət qədər soğan olub, ancaq Türkiyəyə ixrac ediblər. Bir də baxıblar ki, soğanın qiyməti artıb. Kartofa gəldikdə, artıq yeni kartof çıxıb, yəqin ki, qiymətlərdə enmə olacaq. Digər məhsulların qiymətində isə müəyyən artımlar var”, deputat belə deyib.

“Bazar iqtisadiyyatında inhisarçılar…”

Vahid Əhmədovun sözlərinə görə, Novruz bayramı yeni başa çatıb, bayram ərəfəsində isə həmişə qiymətlər süni şəkildə artırılır: “Qiymətlər bazarda qıtlıq zamanı artır”.

Deputat hesab edir ki, hökumətin ehtiyat ərzağı, kənd təsərrüfatı məhsulları olmalıdır: “Azərbaycanın sovet dövründən qalma anbarları var. Ora taxıl və digər gündəlik tələbat malları yığılmalıdır ki, bu cür vəziyyətlərdə bazara çıxarıb qiyməti tənzimləsin. Bazar iqtisadiyyatında inhisarçılar olur ki, onlar qiymətlərin artmasına təsir edirlər. Bu kimi hallarda dövlət anbarlara topladığı məhsulları bazara buraxıb qiyməti tənzimləməlidir”.

“Çox təəssüflər ki, gerçəkdə…”

İqtisadçı Nemət Əliyev də soğanın, kartofun və kələmin qiymətlərində daha çox artımın olduğunu bildirib: “Amma ərzaq məhsullarının qiymətlərində də artım var. Çox təəssüflər ki, gerçəkdə ərzaq mallarının qiymətlərində artım daha çox olsa da, Dövlət Stastika Komitəsi 1 faiz artım olduğu barədə məlumat yayır. Bu isə doğru təhlillər aparmağa imkan vermir. Amma ümumi bazar qiymətlərinə diqqət ayırsaq, o zaman qiymətlərin kəskin artdığı görünəcək”.

Nemət Əliyev düşünür ki, kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına təsərrüfat ehtiyacı üçün olan materiallarınbahalşmasının təsiri var: “İkinci, qiymət artımında dövriyyədə olan pul kütləsinin artımının təsiri var. Son vaxtlar minimum pensiya məbləğinin, orta aylıq əməkhaqlarının artımı hesabına daxili bazara nağd pul kütləsinın axını gücləndi. Amma bunlar əsas səbəblər kimi xarakterizə olunmur. Mənə görə, daxili bazarda qiymətləri artmış məhsulların həcmi kifayət qədər azalıb. İstehsal göstəricisinə dair Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar gerçəkliyi əks etdirmir.Guya, kartof, soğan və kələm istehsalında artımlar baş verib. Halbuki, həm istehsal göstəriciləri xeyli aşağı düşüb, həm də idxal olunan kənd təsərrüfatı məhsullarının həcmində də azalmalar var. Deməli, nəticə etibarı ilə tələb-təklif arasında tarazlıq pozulub. Bəs niyə qıtlıq səviyyəsində bu müşahidə olunmur? Ona görə ki, əhalinin alıcılıq qabiliyyəti kəskin aşağı düşüb, bu, aylıq pul gəlirlərində də özünü göstərir. Nəhayət, başqa bir amil isə monopoliyadır. Xüsusən də kartof istehsalı monopolistlərin nəzarətindədir. Bütün bunlar ölkədə ərzaq təhlükəsizliyinin qorunmadığını təsdiqləyir. Azərbaycanda ərzaq təhlükəsizliyi problemi həmişə olub, bu gün daha da aktuallaşıb”. (AzadlıqRadiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Toyda qardaşın hərəkəti gündəm oldu - gəlinin arxasınca... - Video

""Uşaqpulu verilsin!" demək asandı, sənəd, FAKT qoyun ortaya..."

Ağır qəza: biri azyaşlı olmaqla 2 nəfər ölüb, yaralılar var- Yenilənib, Foto

Şifrəsiz "Wi-Fi"lara qoşulanlara xəbərdarlıq - Bank kartınızın məlumatları oğurlana bilər

Gürcüstan və Azərbaycan yeni gömrük-keçid məntəqəsi açacaq

Ermənistan müxalifətinin lideri kütləvi itaətsizlik aksiyalarına çağırıb

Azərbaycan I Liqasına vəsiqə uğrunda ilk pley-off görüşü keçirilib

DSX-nin ildırım vurması nəticəsində həlak olan hərbçisi Gəncədə dəfn edilib - Yenilənib

Bayden və Makron dondurulmuş Rusiya aktivləri ilə bağlı razılığa gəliblər

Azərbaycanın daha bir güləşçisi Macarıstanda reytinq turnirində çempion olub - Yenilənib

Şeyx Əbdüldən aktrisaya sərt cavab: "İctimai qınağı nəzərə almayanlar ədəbsizdirlər"

Ən çox oxunanalar