Slovakiyanın baş naziri Robert Fikonun Smer-SD partiyası Avropa Parlamentinə keçirilən seçkilərdə müxalif Proqreasiv Slovakiya (PS) partiyasına uduzub...
Poliqon xəbər verir ki, bu barədə "The Slovak Spectator" nəşri məlumat yayıb.
"Avropapərəst müxalifətin aparıcı qüvvəsi olan Avropa Parlamentinin keçmiş sədr müavini Mixal Şimekkanın rəhbərlik etdiyi Proqressiv Slovakiya Slovakiyada Avropa Parlamentinə keçirilən seçkilərdə ikinci qələbəsini qazanıb", deyə məlumatda qeyd edilir.
Slovakiya seçki komissiyasının məlumatına görə, müxalifət partiyası PS 27,81% səs toplayıb və yarışın qalibi olub. Əvəzində Fikonun Smer-SD partiyası 24,76% səslə ikinci yeri tutub.
Buna baxmayaraq, Avropa seçkilərindəki nəticə həm PS, həm də Smer-SD üçün uğurludur: onların hər biri daha iki mandat qazanıb. Yeni Avropa Parlamentində PS-nin altı, Smerin isə beş deputatı olacaq.
Fikonun partiyasının Aİ-nin Ukraynaya dəstəyini, həmçinin Aİ ölkələrinin immiqrasiya, iqlim dəyişikliyi və LGBT hüquqları ilə bağlı siyasətini tənqid etdiyi məlumdur. Əvəzində Proqressiv Slovakiya qərbyönlü liberal partiyadır.
Poliqon.info