Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev: "Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi dünyada sülh və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcək"

Çinin təklif etdiyi “Bir kəmər, bir yol” təşəbbüsü inklüziv qarşılıqlı fəaliyyət üçün çox böyük imkanlar yaradır

Bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Sinhua” agentliyinə müsahibəsində deyib.

H.Hacıyev qeyd edib ki, bu təşəbbüs qarşılıqlı faydalı münasibətlərə və tərəfdaşlığa əsaslanan hərtərəfli əməkdaşlıq xarakteri daşıyır: “Biz “Bir kəmər, bir yol” təşəbbüsü və Azərbaycanın inkişafının aktual gündəliyi arasında böyük uyğunluq görürük. Azərbaycan “Bir kəmər, bir yol” çərçivəsində layihələrdə iştirak etməyə həmişə hazırdır. Bu baxımdan biz iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, maliyyə və bir sıra digər sahələrdə gələcək əməkdaşlığı səbirsizliklə gözləyirik”.

“Bir kəmər, bir yol” çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə yüksək səviyyəli II Forum aprelin sonunda Pekində keçiriləcək. PA rəsmisi bu Forumun fikir mübadiləsi və müxtəlif ölkələrin fəaliyyətinin əlaqələndirilməsi üçün meydan olacağına ümidvar olduğunu bildirib: “Forum “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində praqmatik əməkdaşlığın inkişafı istiqamətində praktiki fəaliyyətin gələcək müzakirələri üçün əla məkan olacaq”.

H.Hacıyev Azərbaycan-Çin münasibətlərinə də toxunub. O bildirib ki, Azərbaycan Çin Xalq Respublikası ilə humanitar və energetika sahələrində əməkdaşlıq qurur.

Şöbə müdiri ikitərəfli iqtisadi və ticari münasibətləri bundan sonra da işgüzar və şəxsi təmaslar, hökumətlərarası əməkdaşlıq mexanizmləri və müxtəlif komissiyalar vasitəsilə təşviq etməyi təklif edib: “Azərbaycan və Çinin iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, energetika, neft-kimya, turizm və s. sahələrdə əməkdaşlığı özündə bir çox imkanlar daşıyır”.

H.Hacıyev əlavə edib ki, Azərbaycan Çin investisiyalarının artmasını alqışlayır: “Hər iki ölkə öz xarici siyasəti çərçivəsində beynəlxalq səviyyədə qarşılıqlı hörmətə əsaslanan münasibət qurmağa çalışır. Həmçinin tərəflər Şanxay Əməkdaşlıq Təşkilatı daxil olmaqla, çoxtərəfli regional və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq edirlər”.

PA rəsmisi xatırladıb ki, Azərbaycan 2022-ci ilədək Qoşulmama Hərəkatına sədrlik edəcək: “Bu institutun qlobal səviyyədə etimadın, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində potensialı var. Sədrliyimiz dövründə Hərəkatın daha da möhkəmlənməsinə kömək edəcəyik, həmçinin planetimizdə sülh və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcəyik”. (Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Ən çox oxunanalar