Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sona Vəliyeva: "Valideyn müəllimə haqq qazandırmalıdır"

"İdeal övlad böyütmək bizim əsəblərimizdən, sinirlərimizdən keçir"

Bu sözləri “Kaspi" qəzetinin təsisçisi, Milli Teleradio Şurasının üzvü Sona Vəliyeva bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda təşkil olunan konfransda çıxışı zamanı deyib.

Sona Vəliyeva təlim-tərbiyə işində məktəblə valideynin birgə çalışmasının zərurətini bildirib:

“Hər birimiz valideynik, hamınızın övladı var, onlar bizim canımız-ciyərimizdir. Ancaq bir məsələdə var ki, bu hadisələrin baş verməsində əsas səbəb ailələrin məktəblə təmasının güclü olmamasından irəli gəlir. Biz də məktəblərlə işləyirik. Məktəbin məsuliyyətini üzərinə götürən direktorla valideyn eyni məsuliyyət daşıyır, eyni ağırlığı çiynimizdə hiss etməliyik. Bu çox vacib məsələdir. İdeal övlad böyütmək bizim əsəblərimizdən, sinirlərimizdən keçir. Səbirlə, təmkinlə onların tərbiyəsinə çalışırıq. Bu ağırlığın bir ucu da məktəb direktorlarının, məktəbdə təlim-tərbiyə işləri ilə məşğul olanların üzərindədir.

Mən özüm də bu işin içindəyəm. Keçmişdə bir rayonda prokuror işləmiş bir adamın qız nəvəsi məktəbə telefonla gəldi. Biz isə dedik ki, olmaz, telefonu ondan aldıq, kənara qoyduq. Növbəti dəfə daha bahalı bir telefonla gəldi. Babası ilə söhbət apardıq, babası dedi ki, o, mənim həyatımdır, canımı da istəsə, verərik. Biz isə dedik ki, axı onun evini yıxırsınız. Siz onun tərbiyəsində bizə yardımçı olmalısınız. Bu məsələdə əlimizdən tuta bilməsəniz belə, barmağımızdan tutun. Məktəblərin sizin arzuladığınız kimi övlad böyütməsini istəyirsinizsə, o zaman hər birimiz heç olmasa, həftənin bir gününü məktəbə getməliyik, sinif rəhbəri ilə maraqlanmalıyıq”.

Sona Vəliyeva vurğulayıb ki, məktəb və ailə sıx ünsiyyətdə olmalıdır:

“Uşaq evdə "müəllim mənə filan sözü dedi" deyirsə, şikayət edirsə, valideyn əhəmiyyətinə varmadan müəllimin üzərinə gəlməməlidir. Uşağın yanında müəllimə haqq qazandırmalıdır, sonra müəllimə müraciət etməlidir. Hər biriniz valideynsiniz, belə hadisələrin olmasını istəmirsinizsə, məktəbdən ayağınızı çəkməyin. İctimai qurumlar da qayğı göstərməlidir. Uşaqlarınızın sosial şəbəkədə kiminlə əlaqə qurduğuna, kiminlə yazışdığına diqqət edin. Müəllimlər də, valideynlər də uşaqlarla dost olmalıdırlar. Uşaqlar sirlərini onlara deməlidir, çəkinməməlidir. Hesab etməlidir ki, müəllimlər də, ata-ana da onların dostudur. Qızlar anası, oğlanlar isə atası ilə dost olmalıdır. Hər bir sinif rəhbəri hər bir uşaqla dost olmalıdır. Məsələni psixoloqların üstünə atırıq. Əvvəllər psixoloqlar yox idi, sinif rəhbərləri hər şeyi edirdi. Ailə-məktəb-şagird üçbucağı düzgün qurulmalıdır”.(axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Ən çox oxunanalar