Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Space”dəki biabırçılığa görə iki nəfər işdən çıxarıldı

Space TV-nin canlı efirində “Hər səhər” proqramında mahnı oxuyarkən qeyri-etik və əxlaqa zidd ifadələr işlədildiyi üçün iki nəfər işdən çıxarılıb

Bu barədə jurnalistlərə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev məlumat verib.

O bildirib ki, onlardan biri verilişin aparıcısı Anar Vaqifoğlu, digəri isə verilişin səs rejissorudur.

Aparat rəhbəri müğənni Rüfət Axundova efir qadağası tətbiq edilməsi ilə bağlı yayılan məlumatı da təsdiqləyib.

O bildirib ki, milli televiziyalara bu gün şifahi xəbərdarlıq göndəriləcək: “Qanunla yazılı xəbərdarlıq etmək mümkün olmadığı üçün MTRŞ şifahi xəbərdarlıq göndərmək qərarına gəlib. Bu gün ərzində televiziya rəhbərlərinə xəbərdarlıq göndəriləcək. Bundan sonra xəbərdarlığa əməl edilib-edilməməsi artıq yayımçıların öz məsuliyyətindən asılıdır”.

A.Hacıyev əlavə edib ki, bu qadağa radiolara da aid edilməlidir.

MTRŞ rəsmisi daha bir məsələyə aydınlıq gətirib. O, həmin qalmaqalda müğənni Rəşad İlyasovun da adının hallanmasının yanlış olduğunu qeyd edib: “Məlumat yayılıb ki, həmin biədəb mahnını efirdə Rəşad İlyasov da səsləndirib. Lakin biz müəyyən etdik ki, Rəşadlıq bir şey yoxdur. O, mahnını ifa etməyib. Ona görə də qadağa təkcə Rüfət Axundova şamil edilib”.

Xatırladaq ki, Space TV-nin “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən efirə ədəbsiz söz və ifadələr gedib. Buna görə Milli Televiziya və Radio Şurası televiziyanı səkkiz min manat cərimələyib.(virtualaz.org)

pia.az


Etiket: MTRŞ SPACE

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar