Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton və Moskva Ankaradan nə tələb edirlər?

NATO Qara dənizdə hərbi gəmilərinin sayını artırmaq istəyir

NATO-nun məqsədi Ukrayna hərbi gəmilərinin Kerç boğazından rahat istifadəsini təmin etməkdir. Rusiya bunun əleyhinədir. Rusiya Krımı ilhaq etdikdən sonra Kerç boğazında körpü tikdi. Bu körpü istifadəyə verildikdən sonra Rusiya Ukrayna gəmilərinin bu boğazdan istifadəsini məhdudlaşdırır. Halbuki, Ukrayna gəmilərinin Azov dənizindən istifadəsi beynəlxalq dəniz hüququna görə məhdudlaşdırılmamalıdır.

Əgər hərbi gəmilərinin körpünün altından keçməsinə görə Ukrayna Rusiyadan icazə alsa onda Ukrayna həmin körpünün və Krımım ilhaqının qanuniliyini tanımış olacaq. Kiyev buna getməz. Rusiya NATO-nun Qara dənizdəki planlarına Türkiyə vasitəsilə mane olmaq istəyir. 1936-cı ildə imzalanan Montro sazişinə görə gəmilərin Bosfor və Dardanel boğzlarından keçərək Qara dənizə daxil olmaq hüququ var. Ancaq hərbi gəmilər üçün məhdudiyyət var. Qara dənizə aidiyyatı olmayan ölkələrin hərbi gəmilərinin boğazlardan keçərək Qara dənizə keçidlərinə məhdudiyyət qoyula bilər, Qara dənizə daxil olanlar üçün isə 21 gün vaxt verilir. Ancaq bu imkan Türkiyənin əlindədir, çünki boğazlara Türkiyə nəzarət edir. Rusiya istəyir ki, Türkiyə NATOABŞ hərbi gəmilərinin boğazlardan keçişinə məhdudiyyət qoysun.

Böyük dövlətlər Türkiyəni yenə çətin seçimə sürükləyirlər. Onsuz da Vaşinqton və NATO rəhbərliyi Türkiyəni hədələyir ki, Ankara Rusiyadan C-400 raketləri alsa, Türkiyənin Şimali Atlantika Blokunda üzvlüyünə yenidən baxıla bilər. ABŞ-ın vitse-prezidenti Mayk Pens hətta deyir ki, Türkiyə seçim etməlidir: Ankara ya ABŞ-la əməkdaşlığın davamını, ya da Rusiyanın C-400 raketlərini seçməlidir.

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan təzyiq altında qərarlarını dəyişdirmir. Aydındır ki, Ankara ABŞNATO-nun istəyi ilə Rusiya ilə hərbi əməkdaşlıqdan və C-400 raketlərindən imtina etməyəcək. Bu taketlər Türkiyənin təhlükəsizliyi üçün vacibdir. Vaxtilə Qərb ölkələri Türkiyəyə oxşar raketləri satmadılar. Ona görə də Ankara Moskva ilə razılaşdı. Ankara C-400 raketlərindən imtina etsə Rusiya ilə münasibətləri yenidən soyuyacaq. Bu isə Türkiyənin hazırki maraqlarına cavab vermir.

Belə vəziyyətdə Moskva da bir tərəfdən Ankara mesaj göndərir: “NATOABŞ hərbi gəmilərini Qara dənizə buraxma!” Ankara Vaşinqtonun təzyiqləri ilə hesablaşmadığı kimi Moskvanın da yumşaq təzyiqi ilə hesablaşmaya bilər. NATO-nun Qara dənizdə fəallığı Türkiyənin maraqlarının əleyhinə yönəlməyib. Əksinə, Ankara Moskva ilə əməkdaşlığına rəğmən, Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, bu iki ölkənin NATO üzvlüyünün əleyhinə deyil.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar