Rusiya Dövlət Duması birinci oxunuşda ölkə ərazisində xarici kütləvi informasiya vasitələrinin yayılmasını qadağan edən qanunu qəbul edib
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, qanuna əsasən, xarici KİV-lərin yayılmasına “Roskomnadzor”dan icazə alınması tələb olunur.
Qanunu pozanlar 30 min rubla (təxminən 750 manat) qədər cərimə olunacaqlar, qanunsuz yayılan KİV isə müsadirə ediləcək.
pia.az