Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Torpaqlarımızın işğaldan azad olmasına ikili standartlar mane olur” - Əli Əhmədov

"31 mart erməni qaniçənlərinin azərbaycanlılara qarşı törətdiyi vəhşilik və soyqırımın anım günüdür. Bu qəbilədən olan vəhşilik və qətliamlar erməni millətçiləri tərəfindən dəfələrlə törədilməsinə baxmayaraq, "mədəni" Avropa yüz ildən çoxdur ki, susmaqda davam edir"

Bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.

"Beləcə olaraq, yüz ildən çoxdur ki, "ikili standartlar" yaranıb və bu gün də tətbiq edilir. Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılmasına, Azərbaycan torpaqlarının işğaldan azad olmasına, həmvətənlərimizin öz yurd-yuvasına dönməsinə, sadəcə, ədalətin bərpa olunmasına da məhz həmin ikili standartlar mane olur.

Azərbaycan xalqı soyqırımı qurbanlarını daim anaraq tarixi yaddaşını qoruyub saxlayır, ədalətin bərpa olunacağına, soyqırımlarına layiqli siyasi və hüquqi qiymət veriləcəyinə inamını heç zaman itirməyib. Heç bir beynəlxalq təşkilat bunu etməsə də, qüdrətli Azərbaycan dövləti özünün tarix və xalqımız qarşısındakı müqəddəs borcunu yerinə yetirəcək.

Tariximizi və müsibətlərimizi unutmamalıyıq. Qələbənin yolu birlikdən, həmrəylikdən, müqəddəs vəzifələr naminə dövlətimizin ətrafında sıx birləşməkdən keçir.

Hamımızı birliyə, həmrəyliyə, dövlətimizin qüdrətinin daha da artması və torpaqlarımızın geri qaytarılması naminə mübariz olmağa çağırıram", - Baş nazirin müavini vurğulayıb. (BakuPost)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Ən çox oxunanalar