Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alim Qasımovun fotoları YUNESKO-nun igamətgahında asılacaq

Azərbaycanı dünyada tanıdan xanəndə Alim Qasımovun məşhur fotoqraf tərəfindən çəkilmiş iriölçülü fotoları Fransanın dövlət, təhsil və mədəniyyət ocaqlarında asılacaq

"Report" xəbər verir ki, fotolar Parisdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının və Fransanın Yaxın Şərq və Avropa üzrə Müasir İncəsənət İnstitutunun (SAPEM) təşkilatçılığı, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və Paris Azərbaycan Evinin dəstəyi ilə ərsəyə gəlmiş "Yeddi gözəl" musiqi layihəsi çərçivəsində hazırlanıb.

Azərbaycanlı musiqiçinin fotoları Fransanın müxtəlif təşkilatlarında, habelə Parisdə yerləşən Fransua Mitteran adına Dövlət Kitabxanasında, Konyak şəhərinin meriyasında, Fransa radiosunda, YUNESKO-nun igamətgahında və digər binalarda asılacaq.

Fransada start verilmiş "Yeddi gözəl" musiqi layihəsinə 7 videoklip, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin sözlərinə yazılmış, A.Qasımovun ifasında "Qara Torpaq" adlanan muğam musiqisindən ibarət disk, A.Qasımovun 12 fotosu, xanəndə haqqında kitab və mədəni tədbirlər daxildir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar