Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhali əkinə su tapmır...- Əhmədzadənin adamı meydan sulayır

Goranboy rayonunda məskunlaşmış bir qrup məcburi köçkündən şikayət məktubu daxil olub

Məktubda deyilir:

"Uzun illərdir ki, Kəlbəcərdən olan məcburi köşkünlər Goranboyun Xoylu kəndində 5 ailə olaraq məskunlaşıblar. Hər il bu ailə üzvüləri “su” məsləsi ilə bağlı üz tutmadıqları, müraciət etmədikləri dövlət qürumları qalmır. Bahar fəsli gələndə yenə bu köçkün ailələrin zor günləri təkrarən başlayır. Goranboyda məskunlaşan Kəlbəcərli köçkünlərin istifadələrində olan torpaq sahələrinin üzərində həm kəndarası arx, həm də 2 ədəd su artezian quyusu olmasına baxmayaraq sabiq su artezian idarəsinin rəisi Xoylu kənd sakini Akif İbrahimov köçkünlərlə ədavət apararaq onları su ilə imtahana çəkir.

Köçkünlər dəfələrlə icra başçısı Nizaməddin Quliyevə, eləcə də aidiyyatı dövlət qurumlarına çoxsaylı müraciətlər etsələr də problem bu günədək həllini tapmır. Hər dəfə icra başçısı deyir ki, mənim “Akif İbrahimova gücüm çatmır. Çünki, sözügedən şəxs Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin dostudur”. Goranboy İHB-nın bu cür iradəsizlik nümayiş etdirməsi heç cür anlaşılan deyil. Necə yəni minlərlə hektar torpaq sahələrini qamarlayan, dövlətə məxsus 8 ədəd artezian nasos qurğularını özünüküləşdirən oliqarx kəndxudaya doğrudanmı prezidentin yerdəki nümayəındəsinin gücü çatmır?. Bəs hansı məntiqlə dövlət balansında olan artezian qurğularından təkcə Əhməd müəllimin dostu istifadə etməlidir? Ölkə başçısının “Qaçqın və Məcburi köçkünlərin” sosial şəraitlərinin və maddi rifahlarının yaxşılaşdırılması ilə bağlı qəbul etmiş olduğu “dövlət proqram”ı icra hakimiyyəti başçısının zəifliyi ucbatından kəndxuda tərəfindən tapdalanmasına acizlikdən başqa bir ad vermək olmaz.

Çox hörmətli Əhməd müəllim, Azərbaycan üçün böyük həyati əhəmiyyəti olan bu və digər suvarma sistemləri və su mənbələrinin Ermənistan tərəfindən blokadaya alınması ölkəmiz üçün çox böyük təhlükə mənbəyinə çevrildiyini hər kəsdən yaxşı məhz Siz bilirsiniz. Özünü Sizin dostunuz elan edən kəndxudadan çayların ilk dəfə qarşısını kəsmək ideyasınıirəli sürən erməni politoloq Levon Məlik- Şahnazaryandan nə fərqi var? O bu gün bu üsulla bizi yenidən “köçkün” salmaq istəyir. Goranboy subartezian İdarəsinin rəisi Rauf Teyyubova zəng etməkdən onu da bezdirmişik. O da bildirir ki, mənim filankəsə gücüm çatmır".

Kəlbəcərli köçkünlər məktublarının sonunda “su” problemləri həll edilmiyəcəyi təqdirdə aidiyyatı dövlət qrumlarının qarşısında etiraz aksiyası keçirəcəklərini bildirirlər.(Moderator.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar