Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İzmirdə əməliyyat: 42 nəfər saxlanıldı

İzmirdə FETÖ evləri ilə bağlı keçirilən əməliyyatlarda 42 şübhəli saxlanılıb

Aznews.az xəbər verir ki, İzmir Baş Prokurorluğu apardığı istintaq çərçivəsində Türkiyənin müxtəlif yerlərində haqlarında saxlama qərarı verilən və qaçaq olan FETÖ mənsublarının bu şəhərdəki fəaliyyətlərini davam etdirməsi haqqında xəbərdarlığa görə əməliyyat başladıb.

Bir müddət şübhəliləri izləyən İzmir Polis Kəşfiyyat və Terrorla Mübarizə Şöbəsi örgütün “mahrem abi” kimi tanınan insanların da yaşadığı evləri aşkarlayıb.

Çox sayda polisin iştirakı ilə 55 ünvanda əməliyyat keçirən komandalar 42 şübhəlini saxlayıblar.

Evlərdə aparılan axtarışlar zamanı örgütün gizli xəbərləşməsində istifadə olunan kripto telefon (SIM kart taxılmayan sadəcə WiFi-a bağlanaraq istifadə edilən telefonlar) və kompüter aşkarlanıb.

Örgüt mənsublarına paylanmaq üçün zərflərə qoyulmuş 92 min lirə, 19 min dollar, 4 min 300 avro pul da ələ keçirilib.

Polis əməliyyatı zamanı özünü 3-cü mərtəbənin pəncərəsindən atan şübhəli də yaxalanıb.

Bəzi şübhəlilərin sübutları yox etmək üçün istifadə etdikləri telefonları formatlamağa çalışdıqları müşahidə olunub.

Digərlərinin isə telefonları həyətə və çardağa atmaq cəhdləri diqqət çəkib.

pia.az


Etiket: İzmir

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Ən çox oxunanalar