Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Səsimizi çıxarsaq, efirlərə, konsertlərə həsrət qalarıq" - Lalə

Sənətçi getdiyi dövlət konsertlərindəki çıxışına görə heç vaxt qonorar almadığını açıqlayıb

"Əziz prezidentim, görkəmli incəsənət xadimlərimizlə sonuncu görüşünüz, yaşanan problemlər və onların aradan qaldırılması yolunda gördüyünüz işlər ürəkaçan və təqdirəlayiqdir. Ümid edirəm ki, gələn görüşdə mənə də imkan yaranar, mən də milli estrada sahəsi və bu sahədə fəaliyyət göstərən müğənnilərin yaşadıqları problemlər barədə sizə danışaram. Təəssüf ki, biz sənətçilər etdiyimiz çıxışlara və iştirak etdiyimiz konsertlərə görə, heç bir qonorar almırıq (solisti olduğum AzTV istisna olmaqla). İstər televiziya, istər radio, istər Bakı, istərsə də, rayonlarda açıq hava və ya qapalı konsertlərdən…".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə yazıb. Müğənni ölkə başçısı İlham Əliyevin sənət adamları ilə görüşünə münasibət bildirib. Lalə deyib ki, milli estrada sahəsində də bir problemlər mövcuddur.

Sənətçi getdiyi dövlət konsertlərindəki çıxışına görə heç vaxt qonorar almadığını açıqlayıb:

"Halbuki bu çıxışlara görə bizə az da olsa qonorar yazılır. Kimlərin cibinə və harasa gedən bu pullar haqda kimsə nəsə bilsə də, heç kəs heç nə deyə bilmir. Halbuki təşkil olunan bu tədbirlərə büdcədən sənətçilər üçün qonorar ayrılır.
Səsimizi çıxarıb bir söz deyəndə, dediklərindən belə çıxır ki, hələ minnətimiz olsun ki, bizi efirlərə, konsertlərə buraxırlar. Yoxsa efirlərə qadağa qoyarlar, konsertlərə həsrət qalarıq. Əsl yaradıcılığı olan sənətçi efir vaxtını səmərəli şəkildə doldurduğu üçün qonorar almalıdır. Bunu hər kəs bilir, sadəcə heç bir sənətçi indiyədək açıq şəkildə danışmayıb. Bu gün bunu mən deyirəm, biz sənətçilər toyun ümidi ilə yaşamamalıyıq.

Biz öz sənətimizlə az da, çox da olsa, zəhmətimizlə haqqımıza çatanı tələb edirik, başqasının zəhmətində isə gözümüz yoxdur. Axı sənətçi başqa sənətlə məşğul ola bilmir. Məgər bütün müğənnilər toya gedib pul qazana bilir? Qazananlar da bir külfət ailə dolandırır. Bu gün milli estrada sahəsində də bu cür çirkin oyunlar oynanılır. Cənab prezident, viste –prezident! Sizin ölkəmiz naminə gördüyünüz hər bir uğurlu iş bizim gələcəyimiz üçündür. Bunu anlayır və sizi dəstəkləyirik. Ümid edirik ki, sadaladığımız bu problemlər sizin nəzərinizdən qaçmayacaq, digər incəsənət məsələləri kimi bunun da həlli sizin sayənizdə yolunu tapacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar