Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin fərmanı bank sektorundakı böhrana necə təsir edəcək?

“Hazırki vəziyyətdə banklar ancaq depozit qəbul etmək və əsasən də istehlak kreditləri verməklə məşğuldur. Bununla yanaşı, faizlər də çox yüksəkdir”

“Bank sektorunda başqa problemlər də mövcuddur. Banklarda faizlər çox yüksəkdir, biznes kreditlərinə çıxış imkanları məhduddur, uzunmüddətli və aşağı faizli biznes kreditləri yox səviyyəsindədir”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli problemli kreditlərlə bağlı yeni fərmanın bank sektoruna təsirini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Məlumdur ki, ölkədə baş verən ardıcıl devalvasiya fonunda maliyyə və bank sektorunda bir sıra ciddi problemlər üzə çıxıb. Son illər ərzində 10-dan çox bankın bağlanması da bank sektorundakı böhranı aradan qaldıra bilmədi. Vəziyyətin sabitləşməsi üçün bir sıra addımlar atılsa da, statistik göstəricilər problemlərin bitmədiyini göstərib. Bank və maliyyə sektorundakı ciddi problemlərdən biri də problemli kreditlərlə bağlı idi.

Cümə axşamı prezident İlham Əliyev tərəfindən problemli kreditlərin həlli ilə bağlı fərman imzalandı. Bəzi ekspertlər bu fərmanın maliyyə və bank sektorunda vəziyyəti sabitləşdirəcəyini bildirsə də, digər ekspertlər problemin həlli üçün təkcə bu fərmanın yetərli olmayacağını qeyd ediblər.

Maraqlıdı ki, prezidentin problemli kreditlərlə bağlı fərmanı bank sektorundakı böhrana necə təsir edəcək? Bu fərman maliyyə və bank sektorunu böhrandan çıxara biləcəkmi, yoxsa maliyyə sektorunda problemlər davam edəcək?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: “Bank sektorunun güclü olması bütün iqtisadiyyatın inkişaf etməsinə, çarxlarının daha tez dönməsinə və eyni zamanda daha çox iş yerlərinin yaranmasına kömək edir”.

Fərmanın maliyyə və bank sektorunun inkişafına nisbətən müsbət təsir edəcəyini bildirən iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, bank sektorundakı digər problemlərin həlli üçün daha da ciddi addımlar atılmalıdır:

“Yeni fərmanın bank sektoruna böyük dəstəyi olacaq. Ümumilikdə təqribən 1 milyard 44 milyon manata yaxın vəsaitin banklar vasitəsilə əhalinin poblemli kreditlərinin silinməsinə yönəlməsi gözlənilir. Təbii ki, bu proses bank sektoruna dəstək olacaq. Lakin bu addım bank sektorunun bütün problemlərinin köklü şəkildə həll olunması mənasına gəlmir. Çünki bank sektorunda başqa problemlər də mövcuddur. Banklarda faizlər çox yüksəkdir, biznes kreditlərinə çıxış imkanları məhduddur, uzunmüddətli və aşağı faizli biznes kreditləri yox səviyyəsindədir.

Yeni fərman bu problemlərin bir qismini həll etmək və bankların maliyyə vəziyyətini xeyli dərəcədə yaxşılaşdırmağa qadir olsa da, ümumilikdə bank sektorunda sağlamlaşdırma addımları davamlı şəkildə atılmalıdır. Ona görə ki, bank sektorunun güclü olması bütün iqtisadiyyatın inkişaf etməsinə, çarxlarının daha tez dönməsinə və eyni zamanda daha çox iş yerlərinin yaranmasına kömək edir. Bank sektoru hələlik bu işlərdən kənarda qalıb. Hazırki vəziyyətdə banklar ancaq depozit qəbul etmək və əsasən də istehlak kreditləri verməklə məşğuldur. Bununla yanaşı, faizlər də çox yüksəkdir. Bu baxımdan uzunmüddətli və aşağı faizli kreditlərin verilməsinə ehtiyac var”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar