Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş vəkili Trampa od püskürdü: “Çirkli alt paltarlarını ortaya tökəcəyəm”

Trampın keçmiş səfiri bu gün Konqresdə prezidentə qarşı ifadə verəcək

Bununla bağlı Koen Respublikaçılar Partiyası tərəfindən təhdidlərə məruz qalıb.

PİA.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In ilə ikinci dəfə görüşmək üçün Vyetnama gedən ABŞ prezidenti Donald Trampa qarşı keçmiş vəkilindən ilginc ittihamlar irəli sürülüb. Trampı irqçilik və hiyləgərlikdə ittiham edən vəkil Maykl Koen ABŞ Nümayəndələr Palatasının Nəzarət Komissiyasında Trampın bütün “çirkli alt paltarları”nı ortaya çıxaracağını iddia edib.

Uzun müddət ABŞ prezidenti Donald Trampın vəkili olan Maykl Koen Konqresdə ifadə vermədən öncə yazılı açıqlamasında Trampı “irqçi və hiyləgər” adlandıraraq öz ittihamlarını faktlarla sübut edəcəyini bildirib. Koenin bu açıqlaması Amerikanın "politico.com" saytında yerləşdirilib. Açıqlamada “Tramp irqçi, fırıldaqçı və hiyləgərdir” kimi bir ifadə yer alıb.

Bununla yanaşı, Koen 2018-cı ildə keçirilən seçki kampaniyası ərəfəsində Demokrat Partiyasının oğurlanan və “Wikileaks” tərəfindən nümayiş olunan e-poçtunun öncədən Tramp tərəfindən bilindiyini də iddia edib.

Şimali Koreya lideri Kim Çen In ilə görüşmək üçün Vyetnamın paytaxtı Hanoy şəhərinə gedən Tramp isə “Twitter” üzərindən verdiyi açıqlamada “Maykl Koen həbs müddətini azaltmaq üçün yalan danışır”, yazaraq keçmiş vəkilin iddialarına münasibət bildirib.

Qeyd edək ki, Maykl Koen bu gün ikinci dəfə Konqresdə ifadə verəcək. Dünən isə Koen Senatın Kəşfiyyat Komitəsində ifadə verib. Sabah isə Trampın sabiq vəkili Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində ifadə verəcək. Dinləmələr qapalı keçirilir.

Koenin açıqlamalarının ABŞ-da fırtına yaradacağı gözlənilir. 10 il müddətində Trampın və Tramp Organization şirkətinin vəkili olan Maykl Koen ABŞ prezidentinin bir çox sirrlərinə bələddir. Koenin Konqresdə çıxışı üçün hazırladığı mətn ilə tanış olan mənbə NBC kanalına bildirib ki, keçmiş vəkil Trampı yalançılıqda, rasizimdə, fırıldaqçlıqda və kriminal hərəkətlərdə ittiham edir.

Koenin Konqresə verdiyi məlumatlar içində ən önəmli məsələlərdən biri də Trampın maliyyə əməliyyatları barədə verəcəyi məlumatdır. Bu isə Nümayəndələr Palatasına rəsmi olaraq Trampın vergi deklarasiyasının açıqlanması üçün müraciət etməyə əsas ola bilər. Qeyd edək ki, Tramp vergi deklarasiyasını açıqlamaqdan imtina edir. Hesab edilir ki, Tramp vergidən yayınmaq üçün öz aktivlərinin qiymətlərini bilərəkdən aşağı göstərib.

Koenin ifadəsinin başqa bir vacib bəndi isə onun prezidentliyə namizəd olduğu zaman “Playboy” modeli olan iki qadına susmaları üçün pul verməsi ilə bağlıdır. Həmin seks qalmaqalını hazırda Nyu-Yorkun Aşağı Əyalətinin prokuroru araşdırır. Ötən həftə “The New York Times” qəzeti yazıb ki, Tramp bu işlə bağlı prokurora təzyiqlər edib.

Həmçinin konqresmenlərin “Trampın tapşırığı ilə cinayətə gedibmi” sualını cavablandıran Koen bunu təsdiq edib.

Eyni zamanda bu günkü ifadəsində Koenin Trampın Rusiya ilə əlaqələrindən danışacağı da gözlənilir. Trampın Rusiya ilə apardığı biznes danışıqlarını da məhz Koenlə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aparıb və Koen iddia edir ki, Kremlin əlində Trampa qarşı kompramat mövcuddur.

Koenin açıqlamaları Respublikaçılar partiyasında ciddi narahatlıq yaradıb və artıq bəzi respublikaçılardan Koenin ünvanına təhdidlər də səsləndirilib. Belə ki, respublikaçı konqresmen Mett Hets “Twitter”də Koeni ailəsi ilə təhdid edib. Bununla bağlı jurnalistlərin suallarını cavablandıran Hets Koeni təhdid etmədiyini və şahidi qorxuzmağa çalışmadığını bildirib. Lakin Mett Hetsin “tvit”inin təhdid xarakterli olduğu çoxları tərəfindən qəbul olunur.

Xatırladaq ki, 10 il boyunca Trampın vəkilliyini edən və “Trampa görə özünü güllənin qarşısına ata biləcəyini” bildirən Maykl Koenlə prezident arasında, birinci həbsdən sonra anlaşılmazlıq yaşanır. Koen 2017-ci ilin dekabr ayında Tramp üçün çalışdığı zamanlarda öz fəaliyyətindən sui-istifadə etməkdə günahlandırılıb və üç il müddətinə azadlıqdan məhkum edilib. Daha əvvəllər isə Konqres Komissiyasına yalan ifadə vermək, qanunsuz pul ödəmək, seçki kampaniyasının maliyyələşdirmə qaydalarını pozmaq, bankı aldatmaq və Moskvada daşınmaz əmlak layihəsi üçün Trampa vasitəçilik etmək kimi məsələlərdə federal səlahiyyətli şəxslərə yalan söyləməsindən dolayı mühakimə edilən Koenun həbsi may ayına kimi təxirə salınmışdı. Koen Trampın onu kifayət qədər müdafiə etmədiyini görərək xüsusi prokuror Müllerlə anlaşmaya gedib və bundan sonra Tramp əleyhinə ifadələr verməyə başlayıb.

Ağ Evin rəsmiləri isə bildirirlər ki, daha əvvəl Konqresə yalan söyləyən Maykl Koen yenidən Konqres Komissiyasına yalan ifadə verir.

Tərcümə PİA.az-ındır

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar