Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sədrlərdən Zahid Orucun təyinatına reaksiya

Xəbər verdiyimiz kimi, dövlət başçısının sərəncamı ilə millət vəkili Zahid Oruc yeni yaradılan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edildi

Bəs, həmkarları millət vəkili Zahid Orucun bu vəzifəyə təyinatını necə dəyərləndirirlər?

Mövzu ilə bağlı millət vəkili Adil Əliyev Axar.az-a açıqlamasında Zahid Orucun bu vəzifəyə təyinatını çox yüksək qiymətləndirib. Millət vəkili hesab edir ki, Prezident çox uğurlu bir kadr siyasəti həyata keçirib:

“Ölkə başçısının təyin etdiyi kadrlar vəzifələrinə uyğun seçilirlər və bu, çox önəmlidir. Hesab edirəm ki, Prezidentin Zahid Orucla bağlı bu təyinatı hər kəsin ürəyincədir və vaxtında atılmış bir addımdır. Zahid Oruc bacarığı və istedadı ilə bu vəzifəsində dövləti layiqincə təmsil edəcək və əminəm ki, ölkə başçısının etimadını doğruldacaq”.

Elm və təhsil komitəsinin sədri İsa Həbibəyli vurğulayıb ki, Zahid Oruc Azərbaycan parlamentində yüksək intellektual səviyyəsi, qanunverici proseslərə real baxışı və maraqlı təklifləri ilə seçilən millət vəkilidir:

Zahid Oruc çox mütaliəli bir ziyalıdır, onun ictimai-siyasi proseslərə peşəkar yanaşması və müasir dövrə dair kifayət qədər önəmli siyasi analitik təhlilləri var. Bunun da əsasında onun mütaliəyə meyilli olması amili dayanır. Bundan başqa, dövlətçilik mövqeyi hər zaman möhkəm olan Zahid Oruc ümummilli lider Heydər Əliyevə və onun davamçısı İlham Əliyevin siyasətinə sədaqətlə bağlıdır. Bu baxımdan da hesab edirəm ki, onun yeni yaradılan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi çox uğurlu kadr təyinatıdır”.

İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov da Prezidentin bu təyinatını çox yüksək qiymətləndirib:

“Hesab edirəm ki, həmkarım Zahid Oruc bu gözəl təyinata layiqdir və inanıram ki, o, bu işin öhdəsindən bacarıqla gələcək”.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov cəmiyyətdə tanınan bir isim olan Zahid Orucun kifayət qədər savadlı insan olduğunu bildirib:

Prezident parlamentdəki deputatların nəyə qadir olduğunu çox yaxşı bilir. Bu, çox uğurlu bir təyinatdır və Zahid Oruc ona həvala edilən vəzifəyə birmənalı layiqdir”.

Millət vəkili vurğulayıb ki, Zahid Oruc həm deputatlıq fəaliyyətini davam etdirəcək, həm də Sosial Tədqiqatlar Mərkəzinə (STM) rəhbərlik edəcək:

“Sosial Tədqiqatlar Mərkəzi çox mühüm və əhəmiyyətli bir qurumdur. İnanıram ki, həmkarım prezidentin ona göstərdiyi diqqəti, inam və etimadı öz işi ilə yüksək səviyyədə doğruldacaq”.

Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva Zahid Orucun dəyərli həmkar olduğunu bildirib:

Zahid Oruc Azərbaycan cəmiyyətində sayılıb-seçilən, hadisələrə və gündəmdə olan məsələlərə kifayət qədər çevik reaksiya verən və yüksək elmi təfəkkürə malik olan bir millət vəkilidir. Bu əhəmiyyətli və publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək quruma Zahid Orucun təyin edilməsi bir daha onu deməyə əsas verir ki, bugünə qədər həmkarımın fəaliyyəti təqdiredici olub”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar