Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentdən inqilabi gediş: Sərəncam 1 il tez verildi

"Minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam çox düşünülmüş bir addım idi"

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamı haqda danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Elmira Axundova deyib. Deputat bildirib ki, minimum əməkhaqqının artırılması qərarı əslində gözlənilən idi:

Azərbaycan Avropa Sosial Xartiyasına qoşulub və 2020-ci ilədək minimum əməkhaqqı yaşayış minimumuna, yəni 180 manata bərabər olmalı idi. Üzvü olduğum komitə büdcə müzakirələri zamanı bu məsələni iki dəfə qaldırmışdı. Çox gözəl və təqdirəlayiq haldır ki, prezident bu məsələnin labüdlüyünü nəzərə alaraq, minimum aylıq əməkhaqqının artırılması ilə bağlı qərarı 1 il tez həyata keçirdi. Bu, Azərbaycan iqtisadiyyatının gücünü, inkişafını göstərir. Belə bir böyük addımı yalnız bir neçə ilə öncə pensiyaların 40 faiz artımını özündə əks etdirən reformlarla müqayisə etmək olar. Bu inqilabi və mütərəqqi addım nəticəsində bir çox insanın maaşı artacaq. Məsələn, dövlət hospitalında işləyən tibb xadimləri cəmi 130-140 manat maaş alırdılar. İndi onların maaşlı əhəmiyyətli dərəcədə yüksələcək”.

Deputat iş adamlarına səslənərək, onları sözügedən qərardan sui-istifadə hallarına yol verməməyə çağırıb:

“İş adamları və biznesmenlər bu qərardan dərhal sonra ərzağın qiymətlərini qaldırmamalıdırlar ki, insanlar maaş artımını hiss etsinlər”.

Qeyd edək ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 180 manat olması haqda sərəncam imzalayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Zaxarova: “Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər”

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Ən çox oxunanalar