Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə on minlərlə insan sürüşmə zonasında yaşayır - Təhlükə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi: “Zığ ərazisindəki mövcud çatlarda gözlə görüləcək qədər artım müşahidə olunur”

Şamaxıda zəlzələ baş verdikdən sonra ölkədə sürüşmə zonalarındakı vəziyyət bir daha gündəmə gəlib. Rəsmi rəqəmlərə görə, hazırda Azərbaycanda əhalisi 500 min nəfərdən çox olan 344 yaşayış məntəqəsi və yüzlərlə təsərrüfat obyekti sürüşmə təhlükəsi altındadır. Təkcə Bakıda bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib.

Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir. Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov “Yeni Müsavat”a bildirib ki, Şamaxıda zəlzələ baş verdikdən sonra nazirliyin əməkdaşları əraziyə yollanıblar:

“Fevralın 6-da əməkdaşlarımız İsmayıllıŞamaxıdakı bütün qədimi sürüşmə sahələrində və eləcə də son dövrlərdə yaranan sürüşmə zonalarında oldular. Müşahidə edildi ki, həmin sürüşmə zonalarında gərginlik, dəyişiklik yoxdur. Eyni zamanda Bayıl ərazisində də vəziyyət sabit olaraq qalır. Zığ ərazisində isə sürüşmə aktivdir və mövcud çatlarda gözlə görüləcək qədər artım müşahidə olunur. Badamdarda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işlər aparırlar. Bizdə olan məlumata görə, ərazidə vəziyyət stabildir və elə bir gərginlik yoxdur”.

Onu da qeyd edək ki, Badamdarda sürüşmə baş verdikdən sonra ərazidən keçən avtomobil yolu bağlanıb. Məlum olduğu kimi, ölkədə aprel ayında Formula -1 yarışları keçiriləcək. Bu zaman isə həmin yol da bağlanacaq. Əldə etdiyimiz məlumata görə, Formula -1 yarışları ərəfəsində gündüz saatlarında Badamdar yolu açıla bilər.

Ölkə ərazisində təhlükəli zonalara gəlincə isə qeyd edək ki, sürüşmələrin mütəmadi olaraq təkrarlandığı, əhaliyə və təsərrüfata güclü ziyan vurduğu rayon və şəhərlər sırasına İsmayıllı, Ağsu, Şamaxı, Quba, Qusar, Bakı və Mingəçevir daxildir. Hər il sürüşmə nəticəsində həmin ərazilərdə iqtisadiyyata milyonlarla manat zərər dəyir.

Mütəxəssislər bildirirlər ki, sürüşmə əslində kifayət qədər təhlükəli prosesdir. Bunun nəticəsində çoxsaylı ölümlər də baş verə bilər.

Bəs son aylar haqqında çox yazılan sürüşmə hadisəsi necə baş verir?

Sürüşmə ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsidir. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst-üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması sürüşmə əmələ gətirir. Eyni zamanda sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və sair təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Məsələn, mütəxəssislər bildirirlər ki, Bakıda baş verən sürüşmələrin əksəriyyəti insan amili ilə bağlıdır. Bura kanalizasiya sularının axıdılması, yamacın kəsilməsi kimi faktlar daxildir.

Sürüşmə əkin sahələrinə, sənaye müəssisələrinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür.

Sürüşmənin xarakteri və onun təhlükəlilik dərəcəsi yerin geoloji qatlarının xüsusiyyətlərindən və necə yerləşdiyindən asılı olur.

Sürüşmə haqqında elmi məlumatlarda qeyd edilir ki, sürüşmə kütlələri müxtəlif süxurlardan təşkil olunur ki, onlar arasında tarazlığın pozulması davamlığın zəifləməsinə səbəb olur.

Beynəlxalq statistik məlumatlara görə, sürüşmələrə 80% antropogen amillər səbəb olur. Sürüşmələr 10 dərəcə və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara malik zonalarda isə həddindən çox nəmişlik hətta 5-7 dərəcə bucaq altında sıldırım olduqda belə sürüşmələrə gətirib çıxara bilər.

İri sürüşmələr adətən təbii amillərin təsirindən baş verir və yamac boyunca yüz metrlərlə sahəni əhatə edir. Orta və kiçik həcmli sürüşmələr isə daha kiçik ölçülərdə olur və çox zaman antropogen amillərin təsirindən yaranır. (Yeni Müsavat)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar