Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni silahlanma yarışından Rusiyanın qalib çıxması mümkündürmü?

Hərbi ekspert: “Müəyyən mənada silah yarışması başlaya bilər, ancaq yenə də Rusiyanın maraqlarına cavab vermir”

Rusiya büdcəsinin ABŞ büdcəsindən 15 dəfə daha az olmasına baxmayaraq, geri addım atmaq fikrində deyil”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev ABŞRusiyanın “Orta və yaxın mənzilli raketlərin ləğvi” müqaviləsində iştirakını dayandırmasını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, fevralın 2-dən ABŞ hökuməti “Yaxın və orta mənzilli raketlərin ləğvi” müqaviləsində iştirakını dayandırıb. O, buna səbəb kimi Rusiyanın müqavilənin şərtlərini sistematik olaraq pozmasını və nəticədə iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq imkanlarının aradan qalxdığını göstərib. Ağ Ev rəsmisi bununla yanaşı, silahlara nəzarət məsələsində Rusiya ilə dialoqa hazır olduqlarını da qeyd edib. Prezident Donald Tramp isə bildirib ki, Rusiya şərtləri yerinə yetirməyə başlamasa, müqavilədən çıxmaq 6 aya başa çatacaq.

Kremlin saytında verilən məlumata görə, Rusiya da öz növbəsində “Orta və yaxın mənzilli raketlərin ləğvi” müqaviləsində iştirakını dayandırıb. Bununla yanaşı, Putin ABŞ-la silahların ləğvi ilə bağlı danışıq təşəbbüsü ilə çıxış etməməyi tələb edib.

Moskva və Vaşinqtonun mütəmadi olaraq bir-birini müqavilənin şərtlərini pozmaqda ittiham etməsini nəzərə alsaq, iki ölkənin fəaliyyətlərini dayandırmalarından sonra dünyanın nüvə müharibəsi təhlükəsi ilə üzbəüz qaldığını hesab etmək olarmı? Həmçinin yeni silahlanma yarışının başlaması beynəlxalq siyasətə necə təsir edəcək və bu silahlanma yarışının əsas iştirakçıları kimlər ola bilər? Ümumiyyətlə, bu fonda yeni və çoxtərəfli müqavilənin imzalanması mümkündürmü?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.

Ədalət Verdiyev: “30 ildən artıq idi ki, ABŞRusiya bu müqavilə ilə özlərini çərçivəyə salırdı. ABŞ əsas rəqib olaraq özünə Çini gördüyünə görə, hərbi və iqtisadi cəhətdən Pekini cilovlamağa çalışır”.

Yeni silahlanma yarışının başlaması ehtimalının gzölənilən olduğunu qeyd edən hərbi ekspert Ədalət Verdiyevə görə, bütün hallarda Rusiyanın bu məsələdə zərər görəcəyi qaçınılmaz faktdır:

“Təbii ki, ABŞRusiyanın müqaviləni dayandırması nəticəsində beynəlxalq təhlükəsizlik üçün arzuolunmaz vəziyyət yaranıb. Real nüvə təhlükəsi hələlik mövcud olmasa da, bu istiqamətdə kifayət qədər ciddi bir addım atılıb. Dünyanın iki ən böyük nüvə dövləti öz aralarında bağlanan mühüm bir müqavilədən çıxacaqlarını rəsmən bəyan ediblər. NATORusiya arasında müharibə olacağı perspektivi bugünkü gün üçün çox kiçikdir. Lakin belə bir müharibə hər iki tərəf üçün böyük təhlükələr vəd edir. Düşünürəm ki, ABŞRusiya aralarındakı müharibənin qaçınılmaz olaraq nüvə qarşıdurmasına çevriləcəyini çox yaxşı başa düşürlər. Bu müqavilənin ləğvini ilk olaraq ABŞ səsləndirib və buna əsas olaraq Rusiyanın “Novator 9M729” operativ-taktiki raketlərinin və “Avanqard” qitələrarası ballistik raketlərinin fəaliyyət radiusunun 500 km-dən artıq, təxminən 2000 km-ə yaxın olduğunu iddia edib.

Maraqlısı budur ki, Rusiya ilə ABŞ arasında bağlanan bu müqavilə heç bir dövləti, xüsusilə də Çini nüvə silahı istehsalında qətiyyətlə məhdudlaşdırmır. ABŞ-ın bugünkü hərbi doktrinasına diqqətlə baxsaq, real ehtimal olunan rəqiblər siyahısında Rusiyadan əvvəl, Çin gəlir. Yəni, ABŞ bu müqavilə ilə özünün əl-qolunu bağlamamağı düşünür. Onsuz da Rusiyanın özünün yeni “Yaxın və orta mənzilli raket sistemləri”ni inkişaf etdirdiyinə dair əlində bəzi sübutların olduğunu iddia edir, Çin isə burada heç cür məhdudlaşmır. 30 ildən artıq idi ki, ABŞRusiya bu müqavilə ilə özlərini çərçivəyə salırdı. ABŞ əsas rəqib olaraq özünə Çini gördüyünə görə, hərbi və iqtisadi cəhətdən Pekini cilovlamağa çalışır.

Ədalət Verdiyev: “2017-ci ilə qədər Moskva ümumiyyətlə belə bir raketlərin olduğunu inkar edirdi”.

Bu müqavilənin imzalanması beynəlxalq siyasət üçün böyük təhdidlər törədir. Digər tərəfdən, Tramp Adminstrasiyasının müəyyən riskləri qiymətləndirmədən ciddi addımlar atması ehtimalı mövcuddur. Rusiya isə büdcəsinin ABŞ büdcəsindən 15 dəfə daha az olmasına baxmayaraq, geri addım atmaq fikrində deyil. Rusiyanın rəsmi bəyanatlarına əsasən, geri addımın əksinə olaraq adekvat cavab tədbirlərinin görüləcəyi ilə bağlı çıxışlara rast gəlinir.

Yeni müqaviləyə gəlincə, Rusiyadakı ABŞ səfiri Con Hantsman özünün rəsmi səhifəsində 2013-cü ildən bəri 30 dəfə ABŞ nümayəndələri tərəfindən müxtəlif səviyyələrdə “Yaxın və orta mənzilli raketlər”in ləğvinə dair müqavilədən çıxılması ilə bağlı məsələlərin qaldırılmasını qeyd edib. Lakin 2017-ci ilə qədər Moskva ümumiyyətlə belə bir raketlərin olduğunu inkar edirdi. Con Hantsman isə bu məlumatların yalan olduğunu vurğulayırdı. Buna görə də diplomatik danışıqların, yazışmaların və məsləhətləşmələrin ciddi müvəffəqiyyətə nail olmaması fonunda Vaşinqton bir neçə gün bundan öncə məlum müqavilədə öz öhdəliklərinin yerinə yetirilməsini altı ay müddətinə saxladı.

Ədalət Verdiyev: “Bu müqavilənin qorunmasında daha çox maraqlı olan tərəf Avropadır”.

Yeni müqavilənin bağlanması üçün hələlik 6 ay müddət var. Sadəcə ABŞ Rusiyanın geri addım atmasını gözləyir. Zənn etmirəm ki, Rusiya əlində olan raketlərini məhv etməyə razılşacaq. Onsuz da Litvada yerləşdirilən ABŞ raketlərinin Moskvaya qədər olan məsafəsi 400 km-dir. Belə bir vəziyyətdə Rusiya geri addım atmayacaq. Lakin gərginliyi müəyyən qədər azaltmaq mümkündür. Bu müqavilənin qorunmasında daha çox maraqlı olan tərəf Avropadır. Çünki istənilən halda Rusiyanın ABŞ ilə müharibəyə başlayacağını düşünmürəm.

Müəyyən mənada silah yarışması başlaya bilər, ancaq yenə də Rusiyanın maraqlarına cavab vermir. Ona görə ki, bu yarış çox böyük xərclərə, iqtisadi resursların istifadəsinə səbəb olacaq. Bütün hallarda yeni müqavilənin bağlanmasını mümkün hesab etmirəm, amma müqavilənin qorunması üçün resursların mövcudluğu var”.

Gülşən ŞƏRİF
pia.az


Etiket: Rusiya ABŞ Raket

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar