Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA Mehman Hüseynovun işi üzrə qətnamənin qəbulundan imtina etdi

Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda "siyasi məhbuslar” problemi üzrə qətnamənin müzakirəsini və qəbulunu əvvəlcədən planlaşdırmırdı

Pia.az xəbər verir ki, bunu "virtualaz.org"a AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri, bu təşkilatın vitse-prezidenti Səməd Seyidov deyib.
Qeyd edək ki, daha öncə bəzi KİV-lər məlumat verib ki, AŞPA bir qədər əvvəl Avroparlamentdə qəbul edildiyi kimi Azərbaycanda insan haqları ilə bağlı problem haqqında qətnamə qəbul etmək niyyətindədir.

"Bu məlumat həqiqəti əks etdirmir. Mən AŞPA-nın insan haqları üzrə komitəsində və Monitorinq komitəsində görüşlər keçirdim və Mehman Hüseynovla bağlı hadisənin həll edilməsi üzrə prezident İlham Əliyevin təşəbbüsünü deputatların nəzərinə çatdırdım. Hadisə iştirakçıları barışıblar, istintaq orqanı isə Mehman Hüseynov barəsində cinayət işinə xitam verilməsi haqda qərar qəbul edib", - o bildirib.

AŞPA-da Emin Hüseynov tərəfindən təşkil edilmiş və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi çağırışları səsləndirdiyi tədbir barədə məlumatı şərh edərkən Səməd Seyidov deyib ki, belə bir tədbir olub və orada AŞPA-nın cəmi bir neçə deputatı iştirak edib.

"Azərbaycan üzrə həmməruzəçi Ştefan Şennaxın çıxışı yalan məlumat üzərində qurulmuşdu və onun məruzəsi qeyri-səhih idi", - Səməd Seyidov deyib.

Səməd Seyidov əlavə edib ki, Azərbaycan müxalifətinin onun AŞPA-nın vitse-prezidenti vəzifəsinə seçilməsinin qarşısını almağa və Azərbaycana qarşı qətnamənin qəbul edilməsinə yönəlmiş bütün cəhdləri tamamilə iflasa uğrayıb. O, baş verənləri AŞPA deputatlarının obyektiv yanaşması kimi qiymətləndirib.
Bir sıra KİV-lər onu da bildirməyə tələsiblər ki, Azərbaycanda "siyasi məhbuslar" üzrə qətnamə layihəsi AŞPA-nın aprel sessiyasında müzakirəyə çıxarılacaq. Səməd Seyidov bu məlumatı da təkzib edib və onu həqiqətə uyğun olmayan adlandırıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Ən çox oxunanalar