Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sebastian Kurts: “Brexit”lə bağlı yeni danışıqlar aparılmayacaq”

Yanvarın 15-də Britaniya parlamentində bu ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı sazişin əleyhinə səsvermədən sonra Avropa ölkələrində “Brexit”lə bağlı növbəti addımların nədən ibarət olacağına dair suallar artıb

Ötən ilin ikinci yarısında Avropa İttifaqı Şurasına sədrlik edən Avstriyanın Federal Kansleri Sebastian Kurts “Brexit”lə bağlı yeni danışıqların aparılmasını istisna edib. O, Avropa İttifaqı ölkələrinin mövqeyinin təklif edilən sazişdə əks olunduğunu vurğulayaraq, indi sözün rəsmi Londonda olduğunu və ölkənin gələcəkdə Aİ ilə münasibətlərini necə görməsinə aydınlıq gətirməli olduğunu söyləyib.

Avstriyanın xarici işlər naziri Karin Knayssl da Böyük Britaniyanın nizamlı və qarşılıqlı razılaşmaya söykənən sazişlə Aİ-ni tərk etməsinin arzuedilən hal olduğunu bildirib. O, eyni zamanda, ölkəsinin “sərt Brexit”ə qarşı da hazırlıqlı olduğunu bildirib.

Qeyd edək ki, Aİ rəsmiləri də səsvermənin nəticələrini təəssüflə qarşılayıblar. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bildirib ki, bu səsvermə ilə Böyük Britaniyanın Aİ-dən qeyri-nizami şəkildə çıxması riski yüksəlib. Aİ Şurasının prezidenti Donald Tusk isə özü “Twitter” səhifəsində vəziyyətlə bağlı ritorik sual verib: əgər saziş qeyri-mümkündürsə, lakin heç kim razılaşma əldə edilmədən İttifaqdan çıxmaq istəmirsə, bəs onda yeganə müsbət həllin nədən ibarət olduğunu deməyə kim cəsarət edəcək?”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar