Ukrayna Prezidenti Petro Poroşenko bu gün İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb
Tərəflər strateji tərəfdaşlığın möhkəmləndirilməsini və Rusiya Federasiyasında həbsdə saxlanılan ukraynalıların azadlığa buraxılması məsələsini müzakirə ediblər.
Ukrayna Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Prtro Poroşenko Ukraynanın ərazi bütövlüyü və sərhədlərnin toxunulmazlığına verdiyi dəstəyə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Prezidentlər Krım tatarlarının problemlərini də müzakirə ediblər.
Poroşenko və Ərdoğan ticarət-iqtisadi əməkdaşlığın inkişaf dinamikasını, investisiya əməkdaşlığını qeyd ediblər, qarşılıqlı turist axını barədə fikirlərini bildirblər.
Petro Poroşenko yanvarın 5-6-da Türkiyəyə səfərdədir. (teleqraf.com)
pia.az