Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahibkarlara faiz subsidiyasının verilməsi 2019-cu ilin sonunadək uzadıldı

Dövlət tərəfindən sahibkarlara faiz subsidiyasının verilməsi 2019-cu ildə də davam etdiriləcək

İpoteka və Kredit Zəmanət Fondundan Trend-ə verilən məlumata görə, Prezidentin 2018-ci il 25 dekabr tarixli Fərmanı ilə sahibkarların manatla aldıqları kreditlər üzrə faizlərə görə subsidiyaların verilməsi 2019-cu ilin sonunadək uzadılıb.

Mövcud Qaydalara əsasən faiz subsidiyası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarların müvəkkil banklardan manatla aldıqları və Fondun zəmanət verdiyi kreditlər üzrə ödənilməli olan faizlərin bir hissəsinə görə dövlət tərəfindən əvəzsiz verilən maliyyə vəsaitidir.

Faiz subsidiyası müddəti 3 ilədək olan kreditlər üzrə illik 8 faiz, 3 ildən artıq olan kreditlər üzrə isə illik 10 faiz bəndi həcmində verilir. Qeyd olunmalıdır ki, faiz subsidiyası illik faiz dərəcəsi 20%-dən çox olmayan kreditlər üzrə verilir.

Sahibkarların kreditlər üzrə faizlərinin bir hissəsinin dövlət vəsaiti hesabına subsidiyalaşdırılması onların maliyyə mənbələrinə çıxış imkanlarını artırmaqla yanaşı, maliyyə-kredit bazarında risklərinin azaldılmasına, bankların kreditləşmə əməliyyatlarında fəallığının artmasına və nəticə etibarı ilə iqtisadi aktivliyin yüksəlməsinə xidmət edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

Ən çox oxunanalar