Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FETÖ imamı Elnur Aslanov Dubayda şirkət qurdu, zəkat yığır

Fətullah Gülən hərəkatının, yaxud Türkiyədə FETÖ (fətullahçı terror təşkilatı) adlandırılan təriqətin Azərbaycan imamı Elnur Aslanov Dubayda müsəlmanlardan zəkat yığmaq üçün şirkət qurub və ona rəhbərlik edir

Neçə gündür Azərbaycanda bəzi saytlarda dolaşan bu məlumatlara indi Türkiyə hakimiyyətinə yaxın KİV-lər, o cümlədən “Akşam” qəzeti yer verib.

Bildirilir ki, Pensilvaniyadakı terrorçubaşının təlimatı ilə hərəkətə keçən FETÖ-çular internet üzərində “PayzakatGlobal” adlı şirkət qurublar və dindarlardan zəkat adı altında pul toplayırlar. Bu pulların yoxsullara, imkansızlara yardım adı altında yığıldığı bildirilir, əslində isə FETÖ-nun kassasına gedir.

“Rus, ingilis və ərəb dillərində fəaliyyət göstərən “PayzakatGlobal” şirkətinə Elnur Aslanov rəhbərlik edir. Aslanov sosial media üzərindən paylaşımlar həyata keçirməklə din istismarçılığını buradan davam etdirir”-qəzet yazır.

Xatırladılır ki, Elnur Aslanov 2014-cü ildə Azərbaycanda Prezident Administrasiyasından uzaqlaşdırılıb. O, həmin vaxtdan ABŞ-a qaçıb və hazırda orada yaşamaqdadır. Bu ilin noyabrında Aslanov Dubayda “Global İslam İqtisadi Sammiti” adlı toplantıda iştirak edib. Onun həmin toplantıdan fotoları “PayzakatGlobal”ın sosial media hesabı üzərindən yayılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar