Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Televiziyalarda gizli reklamla bağlı problemlər tam aradan qaldırılmayıb"

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbə müdiri Təvəkkül Dadaşov deyib

"Yeni yayım mövsümünün əvvəlində bir sıra yayımçıların efirində milli dəyərlərin pozulması, tütün məmulatları ilə bağlı, reklam və sponsor reklamları ilə bağlı qanunvericiliyin ciddi şəkildə pozulması halları müşahidə edilib. Bu halların kütləviliyinin qarşısının alınması və mövcud durumun nəzarətdə saxlanılması üçün Milli Televiziya və Radio Şurası rəhbərliyinin xüsusi tapşırığı ilə monitorinqlər daha da intensivləşdirilmiş və həmin intensivlik bu gün də davam etdirilməkdədir. Aparılan monitorinq nəticələri əsasında yayımçılar qarşısında nöqsanların aradan qaldırılması ilə bağlı ciddi tələblər qoyulub. Bunun nəticəsidir ki, artıq aparıcılar tərəfindən verilişlərdə reytinq xatirinə efir etikasına zidd davranışlara, süni gərginliklərin yaradılmasına son qoyulmuş, tütün məmulatları ilə bağlı qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən daha məsuliyyətlə yanaşılması təmin edilib".

Bunu "Report"a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Şöbə müdiri bildirib ki, bundan başqa, əvvəlki dövrlərdə bir sıra yayımçılar tərəfindən sui-istifadə hallarına yol verilməklə bir verilişlərdə bəzən 25-30 dəqiqəyədək sponsor reklamı verilirdisə, artıq bu istiqamətdə də xeyli müsbət nəticələr əldə edilib: "Bununla belə, reklam, gizli reklam və sponsor reklamları ilə bağlı problemlər tam şəkildə aradan qaldırılmayıb. Bu istiqamətdə işlər davam etdirilir.

Düzdür, Şura reklam və sponsor reklamı məsələsində yayımçılara müəyyən güzəştlər edir. Lakin qeyd etdiyim kimi, bəzən bu güzəştlərdən sui-istifadə halları müşahidə olunur. Bu isə hazırda Monitorinq Qrupu tərəfindən daim diqqətdə saxlanılır. Hər bir yayımçı ilə bağlı qanun pozuntuları üzrə ayrılıqda və müqayisəli dosyelər hazırlanaraq rəhbərliyə təqdim edilir".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar