Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin mətbuat konfransında elə səhvlər etdi ki... - faktlar  

Rusiya prezidenti Vladimir Putinin dekabrın 20-də keçirdiyi mətbuat konfransında ciddi səhvlərə yol verdiyi üzə çıxıb

Dövlət başçısının səsləndirdiyi rəqəmlərdə səhvlər o qədər ciddi olub ki, Kremlin saytı mətbuat konfransının stenoqramına "əl gəzdirməli" olub.

Mətbuat konfransındakı ciddi səhvləri(və ya bilərəkdən təhrif edilməsini) "Açıq media" nəşri üzə çıxarıb.

Beləliklə, Putin nələri deyib?

Dövlət başçısı Rusiyaya qarşı sanksiyalardan danışarkən iddia edib ki, bu qadağalar Avropa Birliyinə 500 milyard avro ziyan vurub. Və bu rəqəmi səsləndirərkən Avropa Komissiyasına istinad edib. Kremlin saytı mətbuat konfransından hazırlanmış stenoqramda bu rəqəmlərdə sıfırlardan birini azaltsa da, 50 milyard rəqəmi belə iqtisadçılar üçün müəmmalı qalıb.

Putin ölkəsinin qaz ehtiyatlarından danışarkən də ciddi yanlışlığa yol verib. O deyib ki, Rusiyanın qaz ehtiyatları dünyadakı qaz ehtiyatlarının cəmindən çoxdur. Putin deyib ki, təkcə Yamalyada Rusiyanın qaz ehtiyatı 67 triliyon kubmetrdir. Kremlin saytı prezidentin səsləndirdiyi rəqəmə əl vurmayıb, amma rəqəmlərin arasına bir vergül qoyub. Yəni 67 trilyion 6,7 olub.

"Qazprom"un hesablamalarına görə isə Yamalyada qaz ehtiyatı 26,5 trilyon kubmetr civarındadır. Dünyada lider olmalarına gəlincə, BP-nin araşdırmasına görə, dünya ölkələrində qaz ehtiyatı 193, 5 trilyon kubmetrdir ki, bunda da Rusiyanın payı cəmi 18 faizdir.



Rusiya prezidenti daha bir ciddi səhvi Kerç boğazında baş vermiş insidentlə bağlı danışarkən edib. Prezident Azov dənizində istifadə haqda Ukrayna ilə 2003-cü ildə imzalanmış sənəddən danışarkən iddia edib ki, həmin sazişdə gəmilərin hansı həddə digər dövlətin sərhədinə yaxınlaşması müəyyən edilib. Bu 5 dəniz mili səviyyəsindədir" deyə, dövlət başçısı əminliklə vurğulayıb.

Nəşr isə aydınlıq gətirib ki, dövlətlər arasında həqiqət də belə saziş mövcuddur. Amma razılaşmada dənizin sərhədinin müəyyənləşməsi haqda heç bir bənd mövcud deyil.

Putin ölkədaxili aviadaşımalarla bağlı sadaladığı rəqəmlər də rəsmi statitistika ilə uyğun gəlməyib.

Newsru.com onu da qeyd edib ki, mətbuat konfransından bir gün əvvəl Putin gecəyarıyadək Kremldəki kabinetində olub, köməkçilərinin, nazirlərin onun üçün hazırladıqları məruzələri gözdən keçirib.

KQB zabiti olan Putin həm də möhkəm yaddaşı ilə seçilir. İndi əsas düşündürücü sual budur ki, prezident niyə 1700 jurnalistin iştirak etdiyi tədbirdə bu qədər ciddi yanlışlıqlara yol verib.

Yaşlanıb, yoxsa...(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar