Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Facebook” istifadəçilərinin şəxsi məlumatlarını açıqladığını təsdiqləyib

“Facebook” şirkəti istifadəçilərinin şəxsi məlumatlarını iri texnologiya şirkətlərinə açıqladığını təsdiq edib

Şirkətin “Twitter”dəki səhifəsində dərc edilən məlumata əsasən, istifadəçilər buna razılıq veriblər.

“Heç bir funksiya Federal Ticarət Komissiya ilə 2012-ci il razılaşmamızı pozaraq istifadəçilərimizin icazəsi olmadan məlumatları şirkətlərə açıqlamayıb”, – deyə “Facebook”dan bildiriblər.

Açıqlamaya əsasən, məsələn, “Spotify” şirkəti yalnız istifadəçilər servisə “Facebook” qeydiyyatı ilə daxil olduqları halda, onların məlumatını oxuya bilib. Bu, istifadəçilərə musiqili əlavəni tərk etmədən mesaj almaq və göndərmək imkanı verib.

Bununla yanaşı, “Facebook” tərəfdaşlarının sosial şəbəkə vasitəsilə şəxsi məlumatlara çıxmağına daha sərt nəzarət etməyin vacibliyini etiraf edib. Hazırda bir sıra ortaqlıqlara xitam verməyə başladıqları da qeyd olunub.

Bundan əvvəl “The New York Times” daxili sənədlərə və şirkət əməkdaşları ilə söhbətlərə istinadən şəbəkənin illər ərzində istifadəçilərin şəxsi məlumatlarını texnologiya şirkətlərinin üzünə açdığını bildirmişdi. Belə ki, “Microsoft” şirkətinin “Bing” axtarış sistemində az qala bütün istifadəçilərin dostlarının adlarının göstərildiyi, “Netflix” və “Spotify” şirkətlərinə şəxsi mesajları oxumaq üçün şərait yaradıldığı, “Amazon” şirkətinin dostlar vasitəsilə istifadəçilərin adları və kontaktlarını oxuya bildiyi qeyd olunurdu.(Report)

pia.az


Etiket: Facebook

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

İsrailin Münhendəki baş konsulluğuna hücum olub

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Ağ Ev: ABŞ İsrailin Rəfahdakı fəaliyyətini izləməyə davam edəcək

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

"Hər üç fiziki məhdudiyyətli şəxsdən biri qohum nikahlarından doğulur" - Həkimdən açıqlama

Ən çox oxunanalar