Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan teatrlarında bilet qiymətləri - Siyahı

Azərbaycan teatrlarında bilet qiymətlərini öyrənilib

Həmin qiymətləri təqdim edirik.
Akademik Milli Dram Teatrında biletlərin qiyməti 6-10 AZN arası dəyişir.

Azərbaycan Dövlət Musiqili Teatrında uşaqlar üçün biletin qiyməti 6 manat, böyüklər üçün isə 8-10 manatdır. Uşaqlar üçün Yeni İl şənliyinin qiyməti isə 8 manatdır. Biletə hədiyyə də daxildir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uşaqlar üçün biletin qiymətləri 5,6,7 AZN, böyüklər üçün isə 11-16 AZN-dir. iTicket.az saytında isə “Karmen” və “Manon Lesko” tamaşasına biletin qiyməti 33 AZN-ə qədərdir.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında isə qiymətlər standart olaraq 3 AZN təşkil edir.

Bakı Uşaq Teatrında biletlərin qiyməti uşaqlar üçün 5 AZN-dir. Teatrdan "Report"a bildirilib ki, bəzən böyüklər üçün də tamaşalar oynanılır və bu zaman biletin qiyməti 7 AZN olur

Azərbaycan Dövlət Pantomima Teatrında uşaqlar üçün bilet qiymətləri 5 AZN, böyüklər üçün isə 7 AZN-dir.

Azərbaycan Dövlət Rus Dram Teatrında uşaqlar üçün biletin qiyməti 5 AZN-dir. Axşam tamaşaları 15 AZN, premyera tamaşalarınin qiyməti isə 20 AZN olur.

Gənc Tamaşaçılar Teatrında biletlərin qiyməti 6-8 AZN aralığındadır.

Gəncə Dövlət Dram Teatrında bilet qiymətləri 1-2 AZN-dir. Proqrama əlavə olunduqda isə biletin qiymətinin dəyişməsi mümkündür.

Sumqayıt Dövlət Dram Teatrında biletlər uşaqlar üçün 2 AZN, böyükər üçün 5-6 AZN-dir.

Şuşa Dövlət Musiqili Dram Teatrında biletlərin qiyməti 2-5 AZN-dir. Teatr yeni binaya köçürüldükdən sonra qiymətlərin dəyişilməsi gözlənilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Ən çox oxunanalar