Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Bosfor boğazının bağlanmasını istəyir

Kerç boğazında Ukrayna gəmilərinin saxlanması səbəbilə, Ukrayna hökuməti Bosfor boğazının bağlanması tələbi ilə dünya birliyinə müraciət edib

Bu barədə Ukravyna hərbi-dəniz qüvvələrinin (HDQ) komandanı İqor Voronçenko bəyan edib («UNİAN»).
«Mən, hərbi-dəniz qüvvələrinin komandanı olaraq, xahiş edirəm və ümidvar olduğumu bildirirəm ki, dünya birliyi Ukravyna dövlətinə qarşı təcavüz olduğuna dair qərar qəbul edəcək. Və etiraf edəcək ki, Ukrayna dövlətinə qarşı təcavüz olub. Bununla əlaqədar, həmçinin Montre Konvensiyası (məhz 19-cu maddə) ilə bağlı olaraq, Türkiyə Respublikasından Bosfor boğazını bağlamağı xahiş edəcəyik. Qoy rusiyalılar bilsinlər ki, beynəlxalq normaları necə pozurlar» – deyə, Voronçenko dəniz təhlükəsizliyi məsələləri üzrə 2-ci Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna «təkcə özünü yox, həm də Qərb dünyasını qoruyur». Rusiya isə Baltik dənizində, Arktikada, Orta və Uzaq Şərqdə öz dominantlığını qurmaq və genişləndirməyə cəhd göstərir.
«Ukrayna üzərində nəzarəti qurmaq kritik həddə qədər vacibdir.

Nədən ki, demokratik və Avroatlantik dəyişikliklərin tam reallaşması Rusiya Federasiyasının imperiya ambisiyalarının, avtoritar dövlət maşınının süqutuna gətirib çıxardacaq» – Voronçenko hesab edir.

Vaxtilə, 90-cı illərin sonlarında Ukrayna SSRİ-nin tərkibindən çıxan zaman, sovet siyasətçiləri həyacan təbili çalırdılar: “Ukraynasız SSRİ yoxdur!

Son hadisələrin təhlili isə belə nəticə çıxartmağa əsas verir: Ukraynasız Rusiya Federasiyası uzun müddət yaşaya bilməz! Proses inkişaf edir – Rusiyanın da dağılması yaxın gələcəyin işidir…”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Politoloq: Azərbaycan beynəlxalq hüququn yanında olan dövlət kimi Fransaya yaxşı dərs verir...

Ən çox oxunanalar