Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin bu qədər sürətlə qiymət itirməsində hansı obyektiv və subyektiv faktorlar iştirak edir?

“Düşünürəm ki, ilin sonuna yaxın neftin qiymətində 55-60 dollar civarında sabitləşmə baş verəcək”

“Vyanada hasilatın azaldılması ilə bağlı qərar qəbul olunmayacaq. Lakin qərarın qəbul olunmaması fonunda ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı və OPEK-in verəcəyi kəskin bəyanatlar neft qiymətlərinə müəyyən dərəcədə təsir göstərəcək”.

Bu sözləri iqtisadçı Natiq Cəfərli neftin qiymətindəki kəskin ucuzlaşmanın səbəblərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Ötən həftə dünya bazarında neft 12% qiymət itirdi. Neftin qiymətinin salınması barədə məlumatı ABŞ prezidenti Donald Tramp rəsmi “Twitter” səhifəsində qiymətləndirib və ABŞ prezidenti buna görə sevincini gizlətməyərək neftin qiymətinin aşağı düşməsinə görə özünü tərifləyib . Prezident statusunda “Nə yaxşı ki, neftin qiyməti aşağı düşür, prezident T. –a sağ ol deyin” - deyə yazıb.

Mövcud vəziyyətdə neftin qiymətinə münasibət bildirən Rusiya prezidenti Vladimir Putin isə neftin qiymətinin sabitliyinin dəqiq müəyyənləşmədiyini bildirib. Neft qiymətləri məsələsini Parisdə Trampla da müzakirə etdiklərini qeyd edən Putin jurnalistlərə açıqlamasında “Neftin cari qiymətləri çox da sabit deyil, bir çox amillərdən asılı olaraq qalxa da, düşə də bilər”, deyə qeyd edib.

Bəzi iddialara görə, Səudiyyə Ərəbistanı da Qaşıqçı qalmaqalından sonra Donald Trampı qəzəbləndirməmək üçün neftin qiymətini bilərəkdən aşağı salır. Digər iddiaya görə isə dünya bazarında neftin qiymətini əsasən Səudiyyə Ərəbistanı, ABŞRusiya müəyyənləşdirir. Neft təhlilçiləri öz növbəsində OPEC və qeyri-OPEC ölkələrinin neft qiymətini düşməkdən qoruduqları kimi, artmaqdan da qorumalı olacaqlarını qeyd edirlər. Belə ki, qiymətlər düşsə, bu ölkələr hasilatı bir az da ixtisar etməli olacaqlar. Bu yükü isə öz üzərinə Səudiyyə götürüb, lakin bundan sonra da uğur qazanılması üçün yükün altına Rusiyanın da girməsi lazım olacaq. OPEK isə hesab edir ki, artıq 2019-cu ilin əvvəlində bazara təklif olunacaq 1,2-2 milyon barrel neft istehlak edilə biləcək həcmdən çox olacaq.

Ümumiyyətlə, neftin bu qədər sürətlə qiymət itirməsində hansı obyektiv və subyektiv faktorlar iştirak edir? Neftin qiymətinin orta sabit saxlanılması üçün Rusiyanın əlində hansısa siyasi-iqtisadi alətlər mövcuddurmu? Hazırkı geosiyasi savaşda neft faktoru əsas faktorlardan biri kimi çıxış edirmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: “Beynəlxalq maliyyə institutlarının açıqlamalarına görə, dünyanın iqtisadi artımı zəifləyib. Yəni, hasilat artsa da, iqtisadi artım yoxdur. Bu baxımdan neftin qiymətləri aşağı düşür”.

İndiki şəraitdə dünyanın iqtisadi artımının zəiflədiyini qeyd edən iqtisadçı Natiq Cəfərliyə görə, neftin qiymətinin orta sabit saxlanılması iqtisadi amillərdən asılı olacaq:

Səudiyyə Ərəbistanının neftin qiymətini bilərəkdən aşağı salmasının subyektiv faktorları siyasi amillərlə bağlıdır. Yəni, Trampın verdiyi bəyanatlar, RusiyaSəudiyyə Ərəbistanının açıqlamaları siyasi motiv əsasında neftin qiymətinə təsir edir. Yeri gəlmişkən, Rusiyanın Enerji naziri Aleksandr Novak neftin qiymətinin çox uzun zaman yüksək həddə qalmasının mümkün olmadığını bildirib. Sanki bu etiraf da bazarlara psixoloji təsir göstərdi.

Siyasi bəyanatlar və geosiyasi vəziyyət fonunda İrana tətbiq olunan sanksiyalar da neftin qiymətinə təsir edib. ABŞ İrana qarşı sanksiyalarda neft faktorunun önə çəkiləcəyini bəyan etmişdi. Lakin sanksiya tətbiqi zamanı məlum oldu ki, 8 ölkə İrandan neft almaqda davam edəcək. Hansı ki, bu ölkələr İran neftinin 95%-ni alır. Bu gedişat neftin qiymətinin aşağı düşməsinə təsir edən amillərdən biri oldu.

Obyektiv səbəblər isə neftin hasilatı ilə bağlıdır. Bu amil daha ciddi məsələdir. Neftin qiymətinə uzunmüddətli təsir edəcək amil məhz iqtisadi amillərlə bağlıdır. Mövcud vəziyyətdə Rusiya, Səudiyyə ƏrəbistanıABŞ-da hasilatın sürətlə artması müşahidə olunur. Beynəlxalq maliyyə institutlarının açıqlamalarına görə, dünyanın iqtisadi artımı zəifləyib. Yəni, hasilat artsa da, iqtisadi artım yoxdur. Bu baxımdan neftin qiymətləri aşağı düşür.

Natiq Cəfərli: “Rusiya təkbaşına hasilatı azalda bilməz. Əgər hasilatı azaltsa, bazarları itirəcək və gəlirləri azalacaq”.

Hesab edirəm ki, obyektiv və iqtisadi səbəblər neft qiymətlərinin formalaşmasında daha önəmlidir və iqtisadi amillər bazarda qiymətlərin formalaşmasına getdikcə daha çox təsir edəcək. Siyasi və geosiyasi amillər keçicidir, amma iqtisadi amillər qalıcıdır. Rusiya hasilatın azaldılması yolu ilə qiymətlərə təsir edə bilər. Lakin bu zaman Rusiyanın öz gəlirləri azalır və bazarlarda mövqeyi dəyişir. Yəni, Rusiya hasilatı azaltdıqca daha az neft satır və nəticədə başqa ölkələr bazara girir. Bu halda Rusiyanın neft satdığı ölkələrin özləri neft təklif etməyə başlayırlar. Rusiya bunu anlayır və hasilatı azaltmaq istəmir.

Rusiya hasilatı Səudiyyə Ərəbistanı, OPEK və digər ölkələrə birgə azaltmağı düşünür. Necə ki, 2016-cı ildə bunu etmişdi və neft qiymətləri 45-50 dollar civarından 85-88 dollara qədər qalxmışdı. Rusiya təkbaşına hasilatı azalda bilməz. Əgər Rusiya təkbaşına hasilatı azaltsa, bazarları itirəcək və gəlirləri azalacaq”.

Natiq Cəfərli: “Vyanada hasilatın azaldılması ilə bağlı qərar qəbul olunmayacaq”.

Dekabrın 5-də Vyanada OPEK+ formatında keçiriləcək konfransın neftin qiymətinə təsirinə də münasibət bildirən iqtisadçı Natiq Cəfərli hesab edir ki, baş tutacaq konfrans neftin qiymətinə müəyyən dərəcədə təsir edəcək:

“Çox güman ki, Vyanada hasilatın azaldılması ilə bağlı qərar qəbul olunmayacaq. Lakin qərarın qəbul olunmaması fonunda ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı və OPEK-in verəcəyi kəskin bəyanatlar neft qiymətlərinə müəyyən dərəcədə təsir göstərəcək. Düşünürəm ki, ilin sonuna yaxın neftin qiymətində 55-60 dollar civarında sabitləşmə baş verəcək. Gələn il üçün isə proqnoz vermək çətindir. Çünki ABŞ-da hasilat çox kəskin artıb. Son iki ildə ABŞ-da hasilat 3 milyon barel artıb və getdikcə artması gözlənilir. Belə bir fonda gələn il üçün neftin qiymətlərinin daha da aşağı düşməsi ehtimalı yüksəlir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket: Neft ABŞ Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Baş nazirin müavini Əli Əhmədov parlament seçkiləri ilə əlaqədar məzuniyyətə çıxacaq

Ən çox oxunanalar