Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə Ukrayna arasında Azov dənizində nə baş verir?

Politoloq: “Ukrayna cəbhəsində də irəliləyərək Moskva Krımın ilhaq edilməsi reallığını Qərbə qəbul etdirmək istəyir”

“Azov dənizi ətrafında gərginliyin səbəbkarı işğalçıŞ imperialist Rusiyadır. Putin rejimi qurulandan bəri bu cür gərginliklərin hesabına ayağda durur”.

Bu fikirləri politoloq Əhəd Məmmədli Rusiya ilə Ukrayna arasında Azov dənizi ətrafında baş verınhadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi ötən gün Rusiya Federal Təhlükəsizlik Xidməti Ukraynanın “Berdyansk”, “Nikopol” və “Yanı Kapu” gəmilərinin Krım sahillərində saxlanıldığı barədə məlumat yayıb. Gəmilərin saxlanılması üçün silahdan istifadə edilib, 3 ukraynalı hərbçi yaralanıb. Rusiya tərəfi bunu Ukrayna hərbi gəmilərinin Rusiya sularına qanunsuz girmələri ilə əlaqələndirib. Ukrayna tərəfi isə Rusiyanı əvvəlcədən xəbərdar etdiyini bildirir.

Ukrayna prezidenti Petro Poroşenko isə ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərib. O, baş verən hadisəni hərbi təcavüz aktı adlandırıb və Ali Baş Komandan kimi deputatlardan ölkədə hərbi vəziyyətin tətbiq edilməsini dəstəkləmələrini xahiş edib. Həmçinin Ukrayna prezidenti qeyd edib ki, bu, əhalinin dərhal səfərbərliyini bildirmir, yalnız hərbi mükəlləfiyyətlilərin hazırlığına aiddir.

Rusiya ilə Ukrayna arasında Azov dənizi ətrafında nə baş verir və Azov dənizində baş verənlər Ukrayna ilə Rusiya arasında yeni müharibəni tətikləyə bilərmi?

Mövzu ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Əhəd Məmmədli: “Heç kəs Avropada yeni müharibənin yaranmasında maraqlı deyil”.

SSRİ dağıldıqdan sonra Ukrayna ordusunun gücünə görə Rusiya ordusu ilə demək olar ki, bərabər olduğunu xatırladan politoloq Əhəd Məmmədli əlavə edib ki, sonrakı illərdə Ukrayna ordusunda ciddi deformasiyalar yaranıb və bu hal özünü Donbas müharibəsində açıq şəkildə göstərib. İndi isə yenidən qurulan Ukrayna ordusu Rusiya qarşısında təəssüf ki, geri çəkilə-çəkilə durur. Politoloq bu üzdən də Ukraynanın Azov dənizində baş verən rus təxribatlına layiqli cavab verə biləcəyinə şübhə ilə yanaşır:

“Azov dənizi ətrafında gərginliyin səbəbkarı işğalçı, imperialist Rusiyadır. Putin rejimi qurulandan bəri bu cür gərginliklərin hesabına ayağda durur. Düşünmürəm ki, Azov dənizi ətrafında baş verənlər Ukrayna ilə Rusiya arasında yeni müharibəyə səbəb olsun. Çünki nə Ukrayna buna getməz, nə də Qərb Ukraynanı buna getməyə qoymaz. Heç kəs Avropada yeni müharibənin yaranmasında maraqlı deyil.

Azov dənizi ətrafında baş verənlər isə onu deyir ki, Moskva bu cür addımları ilə Krımın işğal reallığını Qərbə qəbul etdirmək istəyir. Moskvanın gözlərində Krım artıq Rusiyanındır. Putin bundan bir addım da olsun geri addım atmaq istəmir. Elə buna görə də Putin Azov dənizində nəzarəti tam ələ keçirib Krımın ilhaqı reallığını Qərbə qəbul etdirmək istəyir. Belə deyək ki, Rusiya Donbası verib, Krımı almaq və sanksiyalardan Qərbi imtina etdirmək istəyir. Bu Kreml üçün çox uğurlu ticarət hesab oluna bilər.

Onu da qeyd edim ki, SSRİ dağıldıqdan sonra Ukrayna ordusu gücünə görə Rusiya ordusu ilə demək olar ki, bərabər idi. Sonrakı illərdə Ukrayna ordusunda ciddi deformasiyalar yaranıb və bu hal özünü Donbas müharibəsində açıq şəkildə göstərib. İndi isə yenidən qurulan Ukrayna ordusu Rusiya qarşısında təəssüf ki, geri çəkilə-çəkilə durur.

Əhəd Məmmədli: “Rusiya Donbası verib, Krımı almaq və sanksiyalardan Qərbi imtina etdirmək istəyir. Bu Kreml üçün çox uğurlu ticarət hesab oluna bilər”.

RusiyaABŞ-ın təkidi ilə Ukrayna ötən əsrin 90-cı illərində atom bombasından imtina etdi. Buna görə də ABŞ, Rusiya və Böyük Britaniya Ukraynaya təhlükəsizlik təminatı verdilər. Lakin sonrakı hadisələr göstərdi ki, Ukraynaya verilən təminatın heç bir qüvvəsi yoxdur.

Nüvə silahından imtina etmək Kiyevin ən böyük səhvi idi. SSRİ ordusunda zabit, qizir, çavuş heyətində kifayət qədər ukraynalı var idi. Ukraynalıların nüfuzu SSRİ ordusunda böyük idi. Müstəqillik bərpa ediləndən sonra Ukrayna ordusu Kiyevdə oturan iqtidarların etinatsızlıq yanaşması ucbatından əvvəlki gücünü itirməyə başladı.

Rusiya hələ 1990-cı illərin lap əvvəlində Krımı qaytarmaq istəyirdi, amma o vaxt Ukrayna ordusu çox güclü idi və Moskva Kiyevlə açıq toqquşmaya girməkdə risk etmədi. İndi isə yenidən qurulan Ukrayna ordusu Rusiya qarşısında təəssüf ki, geri çəkilə-çəkilə durur. Ona görə indiki halda Ukrayna Azov dənizində baş verən rus təxribatına düşünmürəm ki, layiqli cavab versin”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar