Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artıq yolun sonu: Tramp və şahzadə üçün çətin günlər başlayır

ABŞ Konqresinin Senatı Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayəti ilə əlaqədar Səudiyyə Ərəbistanına sanksiyaların tətbiq olunub-olunmaması ilə bağlı Donald Tramp administrasiyasından brifinq alacaq

PİA.az Publika.az-a istinadən xəbər verir ki, Senat alacağı informasiyalara görə Səudiyyə Ərəbistanına sanksiyaları tətbiq etməyi və silah satışının dayandırılmasını dəyərləndirəcək.

Brifinqin ABŞ-ın müdafiə naziri Ceyms Mettis və dövlət katibi Mayk Pompeo tərəfindən veriləcəyi bildirilir.
Ötən gün ABŞ prezidenti Donald Tramp Floridada Mar-a-Lago iqamətgahında jurnalistlərə açıqlamasında deyib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı jurnalist Camal Qaşıqçı cinayətində ittiham etmək üçün kifayət qədər dəlil yoxdur.
Şahzadənin Qaşıqçı cinayəti barədə əvvəldən məlumat sahibi olduğu yönündə iddiaları qəti şəkildə rədd etdiyini dilə gətirən Tramp özünün mövqeyinin “bəlkə bilirdi, bəlkə də bilmirdi” şəklində olduğunu xatırladıb.
“The Hill” nəşrinin adının açıqlamadığı mənbələrə istinadən yazdığına görə, Səudiyyə Ərəbistanına qarşı sanksiyaların qəbulu Trampın mövqeyi ilə əlaqədar çətin olsa da, Senatın respublikaçılar qanadında Məhəmməd bin Səlmana qarşı sanksiyaların tətbiq olunması düşüncəsi ağır gəlir.
Daha əvvəl “Middle East Eye” saytında dərc olunan məqalədə bildirilirdi ki, ABŞ prezidenti Donald Tramp Camal Qaşıqçı cinayətindən sıyrılması üçün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı 450 milyard dollarlıq sərmayəyə razı salmağa çalışır.

Xatırladaq ki, bir neçə gün əvvəl MKİ-dəki mənbəyə istinadən “Vaşinqton Post” nəşrinin yazdığına görə, MKİ Qaşıqçının ölüm əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi qənaətinə gəlib.

Prokurorun açıqlamasına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məsləhətçisi Səud əl Kahtaniyə Qaşıqçını ölkəyə geri qaytarmaq əmri verilib. Ölkəyə geri qaytarılması təmin olunmadıqda isə öldürülüb. Ölüm əmrini İstanbula göndərilən komandanın başçısı verib. Kahtaninin ölkədən çıxışı qadağan edilib.Daha əvvəl isə Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı baş konsulluqdan çıxarıldığını etiraf edib. Açıqlamada Qaşıqçının ölümündə boğulmanın və öldürücü dozada verilən dərmanın təsiri olduğunu bildirib.

Cinayətdə adları çəkilən 11 şübhəlidən 5-nin edam edilməsi tələb olunub.

Xatırladaq ki, Qaşıqçı oktyabrın 2-də öldürülüb.

pia.az


Etiket: Tramp Bin Salman

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Ən çox oxunanalar