Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan münaqişənin həllində çox ciddi problemlər yaradır” – Hikmət Hacıyev

Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğal və təcavüz siyasətinin tərkib hissəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər həyata keçirilir

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Bakıda keçirilən “İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfransda deyib.

H.Hacıyev bildirib ki, bu qeyri-qanuni fəaliyyətlər məqsədyönlü və qərəzli xarakter daşıyaraq işğal olunmuş ərazilərin ilhaqı məqsədi güdür: “Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyətlər nəticə etibarilə münaqişənin həllində çox ciddi problemlər yaradır və Ermənistanın da əsl məqsədi və niyyəti bundan ibarətdir”.

O qeyd edib ki, həmçinin Ermənistan tərəfi qeyri-qanuni fəaliyyətlər həyata keçirməklə mövcud status-kvo vəziyyətini saxlamaq kimi məqsədlər də güdür:

Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyətlərə baxsaq, burada bir neçə istiqaməti təsbit edə bilərik. Birincisi, ən vacib problemlərdən biri ondan ibarətdir ki, işğal olunmuş ərazilərimizdə məqsədyönlü məskunlaşma siyasəti aparılır, yəni demoqrafik vəziyyət məqsədyönlü şəkildə dəyişdirilir. İkincisi, Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlər, xüsusilə də mineral resursların talan edilməsi, qeyri-qanuni, qeyri-şəffaf maliyyə və iqtisadi fəaliyyətlərin həyata keçirilməsi və çirkli pulların yuyulması kimi fəaliyyətlər də qeyd edilməlidir”.

PA rəsmisi deyib ki, digər qeyri-qanuni fəaliyyətlər Azərbaycanın işğal olunmuş ərazilərində infrastruktur dəyişiklikləri, o cümlədən Azərbaycanın telekommunikasiya şəbəkələrinin istismar edilməsi və qanunsuz telekommunikasiya fəaliyyəti göstərilməsi, işğal edilmiş ərazilərimizin mədəni xarakterinin dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, dağıdılması, həmçinin mövcud maddi-mədəni, o cümlədən dini abidələrin arxitektur xüsusiyyətlərinin dəyişdirilməsi və onların erməniləşdirilməsi kimi siyasətin aparılmasıdır:

“Qeyri-qanuni fəaliyyətlərdən biri də işğal olunmuş ərazilərimizin turizm məkanı kimi təşviq edilməsi və ora qeyri-qanuni səfərlərin həyata keçirilməsidir. Bununla da qeyd etdiyimiz kimi, Ermənistanın işğal və təcavüzü nəticəsində yaradılmış qondarma rejimi təşviq etmək və onun legitimləşdirilməsi kimi məqsədlər də güdülür”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar