Noyabrın 17-də Bakıda “İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilir
Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunub.
Tədbirdə Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin məsul şəxsləri, Milli Məclisin deputatları, Azərbaycandakı səfirliklərin nümayəndələri iştirak edirlər.
Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov konfransı açaraq Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni fəaliyyətləri ilə bağlı müvafiq dövlət qurumlarının araşdırmalarının dinləniləcəyini bildirib.
pia.az