Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Pensiya yaşını azaltmağa ehtiyac yoxdur"  

“İndi bütün ölkələrdə pensiya yaşı artırılır. Yəni, pensiya yaşını azaldan yoxdur. Artıq Avropa ölkələrində pensiya yaşı 67-69-a qaldırılıb”

PİA.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında əmək və əhaliniin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, normalda pensiya müddəti 12 il olmalıdır: “Bu gün Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. 78 yaş olduğuna görə, 65 yaşda pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər. Ona görə də bu, normaldır. Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur. Pensiya məbləğinin artımı isə onunla bağlıdır ki, bu gün işləyənlər daha çox pul versinlər ki, onların pensiyası arta bilsin. Bu gün yığdığımız pul nəyə kifayət edirsə, hamısı pensiyaya yönləndirilir. Əgər işləyənlər 26 faiz yox, 50 faiz versə, pensiyalar iki dəfə artacaq”.

Xatırladaq ki, ötən gün Milli Məclisdəki büdcə müzakirləri zamanı pensiya yaşı ciddi müzakirə mövzusu olmuşdu. Deputat Vahid Əhmədov hökumətə çağırış edərək, pensiya yaşını 65-dən aşağı salmağa çağırmışdı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

Ən çox oxunanalar