Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA Avropa Liqası: Bakıda keçiriləcək final oyununa 200 gün qaldı

Avropanın 56 futbol klubunun iştirak etdiyi UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək final qarşılaşmasına 200 gün qalır

PİA.AZ AFFA-nın saytına istinadən bildirir ki, Avropanın nüfuzlu klub turnirinin final qarşılaşmasını həyəcanla gözləyən azarkeşlər qrup mərhələsində yüksək nəticə göstərən “Çelsi”, “Arsenal”, “Milan”, “Sevilya”, “Marsel”, “Latsio”, “Beşiktaş”, “Fənərbağça”, ÇSKA, “Zenit” kimi tanınmış klublar arasında daha güclü olan ikisinin görüşünü izləmək imkanı qazanacaqlar.

Bu mühüm matçın təşkilati və UEFA ilə əlaqələndirmə işlərinə məsul olan AFFA ilk dəfə özünün könüllülük proqramını təqdim edəcək. Könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli bu idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, ustad dərslərinin keçirilməsi planlaşdırılır.

Noyabrın 21-də final oyunu üçün xüsusi hazırlanmış www.finalbaku2019.com saytında “Road to Baku” (Bakıya aparan yol) adlı oyun istifadəyə veriləcək. UEFA Avropa Liqasının tarixini yaxşı bilənlər bu oyunda qaliblər sırasında yer ala bilərlər. Çünki oyunda 1971-1972-ci il mövsümündən başlayaraq bu günədək Liqa, eləcə də milli futbolumuzun tarixində baş vermiş mühüm hadisələrlə bağlı maraqlı suallar təqdim olunacaq.

Avropa Liqası təkcə futbol zövqünü yaşatmır, həm də qazandırır. www.finalbaku2019.com saytında artıq iki aydır ki, futbolsevərlərin ixtiyarına verilmiş xüsusi layihəyə əsasən, təxminlərinə güvənənlər Avropa Liqasının 2018-2019-cu il mövsümü ərzində keçiriləcək oyunların hesablarını qeyd edirlər. Ümumi xal hesabında ilk yeri tutan hər ayın qalibinə Azərbaycan milli komandasının futbol geyimi, Avropa Liqasında iştirak etmiş klubların imzalı köynəkləri, xüsusi suvenirlər və ya Avropa Liqasının rəsmi topu hədiyyə edilir. Bu günədək yarışda 2 mindən çox iştirakçı qeydiyyatdan keçib. Yarışın əsas mükafat fondu 2 min manatdır.

Final oyununu izləməyə gələn azarkeşlər üçün də maraqlı proqramlar nəzərdə tutulub. Bakı bulvarında qurulacaq və minlərlə azarkeşin ürəyincə olacaq fan-zona mayın 25-29-da fəaliyyət göstərəcək. Bundan əlavə, İntellektual Oyunlar üzrə Kubokun, UEFA Avropa Liqasının tarixi, əfsanəvi futbolçular və komandalarla bağlı əşyaların nümayiş etdiriləcəyi irimiqyaslı “Hall of Fame” adlı tədbirin təşkili, eləcə də şəhərimizin müxtəlif nöqtələrində tədbir və oyunların keçirilməsi nəinki futbol azarkeşlərini, hər kəsi Liqanın bir hissəsinə çevirəcək.

Futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçün nəzərdə tutulan futbol üzrə kiber çempionatın təşkili isə insanları finala qədər həyəcanda saxlayacaq və hər kəsi futbol bayramı ətrafında birləşdirəcək.

Bundan əlavə, mayın 25-27-də Bakıda dünya futbol ulduzlarının iştirakı ilə “Speaker panel” tədbiri keçiriləcək.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi 2019-cu ilin mayında futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib. Final matçı gələn il mayın 29-da oynanılacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar