Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviya marşalı Şoyqu ilə görüşə gəldi, "Vaqnerin ordusu"nun sahibi gözə dəydi

Liviya Milli Ordusunun mətbuat xidməti noyabrın 7-də ali baş komandan, marşal Xəlif Xaftarın Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşə gəlməsi videosunu yayımlayıb

“Novaya qazeta” bu videoçarxda maraqlı məqamlar aşkarlayıb.

Kadrlardan görünür ki, Xaftarın rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlara gəlir. Marşalı Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov qarşılayır. Onlar binaya girir, sonra isə qapının qarşısında durmuş restoranlar şəbəkəsi sahibi Yevgeni Proqojinin yanından keçərək, zala daxil olurlar. Bəzi mənbələr Priqojinin “Vaqnerin ordusu”nun (“Vaqner” özəl hərbi şirkəti) sahibi olduğunu deyirlər. Onun bu görüşdə iştirakı bir çox sualların yaranmasına səbəb olub.

Yevgeni Priqojin

“İnterfaks”ın Rusiya Müdafiə Nazirliyinə istinadən yaydığı xəbərə görə, danışıqlar çərçivəsində beynəlxalq terrorçuluqla mübarizə və Liviyadakı böhranın həlli yolları müzakirə olunub. Həmçinin bildirilib ki, Xaftarın prezident Putinlə görüşü də mümkün ola bilər. Lakin sonradan Putinin iş qrafiki bu görüşün baş tutmasına əngəl olub. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamışdı.

Oktyabr ayında Rusiyanın RBK nəşri RF Müdafiə Nazirliyindəki mənbəyə istinadən Liviyaya Rusiya hərbçilərinin yollanması barədə xəbər yaymışdı.

Qeyd edək ki, Yevgeni Priqojin məşhur restoranlar şəbəkəsinin sahibidir və onun restoranlarında bəzən Putinin iştirakı ilə tədbirlərin keçirildiyi bildirilir. Əlavə edək ki, Y.Priqojinin həyat yoldaşı Bakıda anadan olmuş populyar estrada müğənnisi Larisa Dolinadır.

Xaftara gəlincə, o, müasir Liviyada ən nüfuzlu şəxslərdən biri hesab edilir. Onun karyerası hələ Müəmmar Qəzzafinin hakimiyyəti dövründə başlayıb. Lakin Xaftar dövlət çevrilişinə hazırlıq cəhdində ittiham olunub və barəsində ölüm hökmü çıxarılıb. Fəqət bu hökm icra edilməyib və Xaftar ABŞ-a qaçıb.

Xəlif Xaftar

Marşal Liviyaya 2011-ci ildə qayıdıb və Qəzzafi rejiminin devrilməsində iştirak edib. Sonradan o, milli ordu quruculuğuna başlayıb, bir çox keçmiş zabiti öz tərəfinə çəkməyə müyəssər olub. 2015-ci ildə Liviyanın əksər şərq rayonlarında nəzarəti ələ keçirdikdən sonra “Liviya Milli Ordusu” silahlı qruplaşmasının komandanlığı rəsmən Xaftara təhvil verilib.

Bəzi mənbələr qeyd edirlər ki, Rusiya Xəlif Xaftarı fəal şəkildə dəstəkləyir. Bu, Şoyqu ilə marşalın ilk görüşü deyil. 2017-ci ildə Rusiyanın müdafiə naziri “Admiral Kuznetsov” aviadaşıyıcısının göyərtəsində Liviya sahillərində Xaftarı qəbul etmişdi.(Virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar